Nazirin müşaviri təhsil işçilərinin vaksinasiya prosesindən danışır

15
(Yenilənib 16:45 14.09.2021)
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib ki, hazırda bəzi vaksinasiya məntəqlərində sıxlığın müşahidə edilməsi səbəbindən bu cür addım atılıb
Rüstəm Ağayev: “Bu məntəqələr bütün təhsil işçilərinə xidmət edir”

“Bildiyiniz kimi biz müəllimlərin və təhsil işçilərinin vaksinasiya prosesinə yanvar ayından başalmışıq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AzTV-yə açıqlamasında təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

O bildirib ki, artıq 83-84 faiz təhsil işçilərinin vaksinasiya prosesi yekunlaşır: “Sentyabrın 22 və 29 bütün pillələr üzrə yeni təhsil ilinin başlanacağını nəzərə alaraq sırf təhsil işçilərinin vaksinasiya prosesini sürətləndirmək üçün 5 məntəqə yaratmışıq. Hazırda bəzi vaksinasiya məntəqlərində sıxlığın müşahidə edilməsi səbəbindən bu cür addım atılıb. Təhsil işləri rahat şəkil bu mənətəqlərə gələrək vaksinasiya oluna bilərlər. Bu məntəqələr harada işləməsindən asılı olmayaraq bütün təhsil işçilərinə xidmət edir”.  

Rüstəm Ağayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15

Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük

24
(Yenilənib 16:46 24.09.2021)
Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev deyir ki, o artıq general Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdi.
Vüsal Azayev: “Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir”

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışıblar.

Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev də Vətən Müharibəsinin iştirakçısı olub. Vüsal Azayev müharibənin başladığı ilk gündən gördüklərini belə nəq edib: “Müharibənin başlanması barədə xəbəri alan kimi qardaşım və mən hərbi komissarlığa yollandıq. Biz artıq mərhum generalımız Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdik. Rayondakı insanların müharibə başlanmasına verdiyi reaksiya döyüşə gedənlərə əlavə stimul verirdi. Yol boyu insanlar əllərinə keçən zəruri ərzaqları hərbçiləri daşıyan maşınların içinə atırdı. Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir. Döyüşdə olduğum ilk gün mühasirəyə düşdük. O mühasirədən uğurla çıxdıq. Qürur verən bir amil də bizdən yüksək rütbə daşıyan hərbçilərin bizimlə bərabər döyüşə atılması idi. Müharibədə olduğum müddətdə Ermənistan sərhədinə qədər döyüş yolu keçmişəm. Çox təssüf ki, bölüyümüzün 15 şəhidi oldu. Lazım gəldi və yaranmış tarixi, hərbi şəraitdən uğurla istifadə edib düşmən təxribatını hərbi qələbəmizlə sonlandırdıq”.

Vüsal Azayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

24

Baş prokuror Kamran Əliyev erməni həmkarı ilə görüşü haqda

702
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, iclasda bir sıra zəruri məsələlər müzakirə olundu.
Kamran Əliyev: “Fəaliyyətimizi davam etdirməyi qərara aldıq”

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev görüş barədə fikirlərini AZƏRTAC-a açıqlayıb.

Baş prokuror bildirib ki, bu, üçtərəfli formatda keçirilmiş ikinci görüş idi: “Birinci görüş bu il yanvarın 12-də Moskvada baş tutmuşdu. Nur-Sultanda təşkil olunan görüşdə əsas məqsəd Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının prokurorluq orqanlarına aid müvafiq bəndlərinin icrası ilə bağlı idi. İclasda bir sıra zəruri məsələlər müzakirə olundu və bu istiqamətdə Rusiya Baş Prokurorluğunun vasitəçiliyi ilə fəaliyyətimizi davam etdirməyi qərara aldıq. Hesab edirəm ki, bu sahədə də bizim fəaliyyətimiz müsbət nəticələr verəcək”.

Kamran Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

702
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

0
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

0