Professor: “Bu, iqtisadiyyatın şaxələndirilməsinə mane olur”

30
(Yenilənib 16:06 10.09.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, iqtisadiyyatımızın şaxələndirilməsini şüar kimi yox, real fəaliyyət kimi nəzərdə tutmalıyıq
Elşad Məmmədov: “İnvestisiya həcmi və əsaslı kapital qoyuluşu artmalıdır”

Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir ki, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhslunun (ÜDM) strukturunda 72,9 faiz qeyri-neft sektorunun, 27,1 faiz isə neft sektorunun payına düşəcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qeyri-neft sektorunun ümumi daxil məhsulda payı ilə bağlı yanaşmalarda kifayət qədər mübahisələr üçün əsas var: “Burada çox şey metodologiaydan asılıdır. İqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı çox ciddi çağırışlar var. Amma iqtisadiyyatımızın şaxələndirilməsini şüar kimi yox, real fəaliyyət kimi nəzərdə tutmalıyıq. Real fəaliyyət də odur ki, investisiya həcmi və əsaslı kapital qoyuluşu artmalıdır. Biz isə hələ də investisiyaların azalmasını görürük. Bu isə iqtisadiyyatın şaxələndirilməsinə mane olur”.

Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

30

Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük

24
(Yenilənib 16:46 24.09.2021)
Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev deyir ki, o artıq general Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdi.
Vüsal Azayev: “Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir”

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışıblar.

Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev də Vətən Müharibəsinin iştirakçısı olub. Vüsal Azayev müharibənin başladığı ilk gündən gördüklərini belə nəq edib: “Müharibənin başlanması barədə xəbəri alan kimi qardaşım və mən hərbi komissarlığa yollandıq. Biz artıq mərhum generalımız Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdik. Rayondakı insanların müharibə başlanmasına verdiyi reaksiya döyüşə gedənlərə əlavə stimul verirdi. Yol boyu insanlar əllərinə keçən zəruri ərzaqları hərbçiləri daşıyan maşınların içinə atırdı. Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir. Döyüşdə olduğum ilk gün mühasirəyə düşdük. O mühasirədən uğurla çıxdıq. Qürur verən bir amil də bizdən yüksək rütbə daşıyan hərbçilərin bizimlə bərabər döyüşə atılması idi. Müharibədə olduğum müddətdə Ermənistan sərhədinə qədər döyüş yolu keçmişəm. Çox təssüf ki, bölüyümüzün 15 şəhidi oldu. Lazım gəldi və yaranmış tarixi, hərbi şəraitdən uğurla istifadə edib düşmən təxribatını hərbi qələbəmizlə sonlandırdıq”.

Vüsal Azayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

24

Baş prokuror Kamran Əliyev erməni həmkarı ilə görüşü haqda

702
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki, iclasda bir sıra zəruri məsələlər müzakirə olundu.
Kamran Əliyev: “Fəaliyyətimizi davam etdirməyi qərara aldıq”

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları arasında üçtərəfli görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev görüş barədə fikirlərini AZƏRTAC-a açıqlayıb.

Baş prokuror bildirib ki, bu, üçtərəfli formatda keçirilmiş ikinci görüş idi: “Birinci görüş bu il yanvarın 12-də Moskvada baş tutmuşdu. Nur-Sultanda təşkil olunan görüşdə əsas məqsəd Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarının prokurorluq orqanlarına aid müvafiq bəndlərinin icrası ilə bağlı idi. İclasda bir sıra zəruri məsələlər müzakirə olundu və bu istiqamətdə Rusiya Baş Prokurorluğunun vasitəçiliyi ilə fəaliyyətimizi davam etdirməyi qərara aldıq. Hesab edirəm ki, bu sahədə də bizim fəaliyyətimiz müsbət nəticələr verəcək”.

Kamran Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

702
Cütlük, arxiv şəkli

Həyat yoldaşı onu cəzalandırıb, zurnasını 40 gün dağda çalacaq

0
(Yenilənib 22:26 24.09.2021)
Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

BAKI, 25 sentyabr — Sputnik. Türkiyənin Aydın şəhərində təqaüdə çıxdıqdan sonra atasının zurna ifaçılığı peşəsi ilə maraqlanan Hüseyn Gülərə (67) həyat yoldaşı qəribə cəza verib.

Belə ki, Hüseynin evdə zurna çalması onun xanımı Nilüfər Güləri (61) özündən çıxarıb. Zurna səsindən bezən qadın ərinə 40 gün dağda zurna çalmaq cəzasını verib.

Nazilli rayonunun İşıqlar məhəlləsində yaşayan, evli və 3 uşaq atası olan Hüseyn Gülər 2004-cü ildə Dövlət Su İdarəsindən təqaüdə çıxıb. Bundan sonra işsiz qalaraq darıxan adam atasının və qardaşının peşəsi ilə maraqlanmağa başlayıb.

Evdə zurnanı uzun və yüksək səslə çaldığına görə 46 illik xanımı və qonşuları bu vəziyyətdən narahat olublar. Bu səbəbdən əri ilə tez-tez dalaşan Nilüfər Hüseynə evində zurna çalmağı qadağan edib.

Xanımı ona zurnanı 40 gün dağda çalmaq cəzası verərək "səni yalnız bu halda bağışlayacağam" deyib və evdən gedib.

Sentyabrın 2-dən etibarən gündüzləri yaşadığı məhəlləsinin yaxınlığındakı dağlıq ərazidə zurna çalan və gecələri evinə qayıdan Hüseyn Gülər 40 günün sonunda həyat yoldaşının onu bağışlayacağını gözləyir.

Cəzamın yarısı bitib

"Mən musiqiçilər ailəsindənəm. Atam və qardaşım zurna ifaçıları idi. Mən də zurna çalmağı çox sevirəm. Bəzən bu musiqi alətində ifa edəndə kövrəlirəm, hətta gözlərimdən yaş da gəlir. Təqaüdə çıxandan sonra evdə zurna çalmağa başladım. Arvadım zurnanı yüsək səslə çaldığım üçün narahat olurdu. Xəbərdarlıqlarına baxmayaraq evdə zurnanı çalmağa davam edirdim və ona görə də o, əsəbiləşirdi. "Get zurnanı dağlarda çal" deyərək mənə 40 günlük cəza verdi. Mən də polislərdən icazə alaraq, işimi bu yöndə görürəm. Cəzamın yarısı bitib. Görəsən 40 günün tamamında arvadım məni bağışlayacaq? Bilmirəm. Əgər məni bağışlasa, ona təşəkkür edəcəm, ancaq bağışlamasa zurnamı dağlarda çalmağa davam edəcəm", - deyə Hüseyn bildirib.

Ərinə əsəbləşən Nilüfər Gülər, Kuşadasında yaşayan qızının yanına gedib.

"Həyat yoldaşım bütün xəbərdarlıqlarıma baxmayaraq, evdə zurna çalmağa davam edirdi. Zurnanın səsindən mənim kimi qonşular da narahat olurdu. Ona görə də ərimə 40 günlük belə bir cəza verdim", - deyə Nilüfər bildirib.

0