Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə

Alternativ enerji istehsalından Azərbaycan nələr qazana bilər? ekspert şərh edir

26
(Yenilənib 12:33 13.09.2021)
Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib ki, ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması əsas prioritet istiqamət kimi götürülür
Emin Axundzadə: “Azərbaycanda bu istiqamətdə əsaslı işlər görülür”

“Son illərdə Azərbaycanda alternativ enerji istehsalında artımı müşahidə edə bilərik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə deyib.

Ekspert bildirib ki, 2013-2019-c illər arasında günəş enerjisinin istehsalı 131 dəfə, eyni zamanda bu illər ərzində külək enerjisinin istehsalında 5 dəfə artım qeydə alınıb: “Bu istiqamətdə xarici şirkətlərin də Azərbaycana maraq göstərdiyi müşahidə olunur. Stansiyalar qurulduqdan sonra Azərbaycanda 335 milyon kub metr miqdarda təbii qazın sərfiyyatına qənaət etmək mümkün olacaq. Həmçinin 600 min ton karbon emissiyası azala bilər. Qeyd edim ki, bu çox ciddi bir rəqəmdir. Digər tərəfdən ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması əsas prioritet istiqamət kimi götürülür. Bütün addımlar göstərir ki, Azərbaycanda bu istiqamətdə əsaslı işlər görülür”.

Emin Axundzadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

26
Sədrəddin Soltan

Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi

18
(Yenilənib 16:47 20.09.2021)
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır
Sədrəddin Soltan: “Bu, Azərbaycanı hədələməyə cəhddir”

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

Qeyd edək ki, son günlər Gorus-Qafan yolunda İran yük maşınlarının hərəkətinin qanuni tələblər əsasında məhdudlaşdırılması, eyni zamanda regionda keçirilən hərbi təlimlər cənub qonşumuzda narahatlıq yaradıb.

Bəs İranın narahatlığının tutarlı əsası varmı?

Sputnik Azərbaycan mövzu ilə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq baş verənləri belə şərh edib: “Azərbaycan Respublikasının İrana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan İranla əməkdaşlığa üstünlük verir. Hətta torpaqlarımızın işğal altında qaldığı dövrdə də İranın Ermənistana hərtərəfli yardım etməsinə baxmayaraq, bu addımlar görməzdən gəlinirdi. Vətən Müharibəsindən sonra İran tərəfinin Azərbaycana qarşı tutduğu mövqe ərazi bütövlüyümüzə qarşı sayğısızlıqdır. Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır. Buna baxmayaraq İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. Atılan addımlar İranın Azərbaycanla münasibətlərdə gərginliyə üstünlük vermək niyyətini göstərir. Bu, Azərbaycanı hədələməyə cəhddir”.

Sədrəddin Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

18
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

12
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

0
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

0