İqtisadçı-ekspert Rəşad Həsənov

Avropada qazın bahalaşması Azərbaycana necə təsir edə bilər? ekspert şərhi

37
(Yenilənib 15:53 10.09.2021)
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, elektrik enerjisinin təchizatı prosesində qiymətlər birjalarda qazın qiyməti ilə müqayisədə daha uzunmüddətli dövrdə dayanıqlıdır
Rəşad Həsənov: “Bu, məhsulların qiymətindəki artım ehtimalını aşağı salır”

Londonun “İCE Futures” birjasında hərrac zamanı TTF onlayn qaz satışı mərkəzində oktyabr fyüçersləri 671 USD/1000 kubmetrədək artıb. Bu həftənin əvvəlindən Rusiyadan qaz təchizatının azalması Avropa bazarında təbii qazın rekord həddə bahalaşmasına səbəb olub.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a bildirib ki, hazırkı şəraitdə qaz qiymətlərindəki bahalaşma mövsümlə əlaqəlidir: “Avropada elektrik enerjisinin istehsalı qazın istifadəsi ilə həyata keçirilir. Buna müvafiq olaraq da tələb kəskin şəkildə artırdı. Nəzərə almaq lazımdır ki, elektrik enerjisinin təchizatı prosesində qiymətlər birjalarda qazın qiyməti ilə müqayisədə daha uzunmüddətli dövrdə dayanıqlıdır. Buna görə də onun istehsalın maya dəyərinə qısamüddətli dövrdə təsiretmə imkanları məhduddur. Bu da Avropadan Azərbaycana ixrac edilən məhsulların qiymətindəki artım ehtimalını aşağı salır. Qiymtələri artıra biləcək proseslər əsasən istehsal tsiklinin pozulmasından yaranmış təklif azlığı və avronun məzənnəsində müşahidə olunan bahalaşma meylliliyidir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

37

Ekspert: “Yeni qanun layihəsində bir çox yeniliklər var”

9
(Yenilənib 15:52 17.09.2021)
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, bu qanunda “kənd turizmi”, “yaşıl turizm” və bir qədər yeni olan digər turizm növləri əksini tapıb
Samir Dübəndi: “Dövlət qurumları bu işlə məşğul olanda artıq biznesə yer qalmır”

Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazılanır.

Bəs yeni layihəni əvvəlki qanundan hansı məqamlar fərqləndirəcək?

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.

Samir Dübəndi bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var: “Qeyd etmək istərdim ki, ümumiyyətlə qanunun strukturu dəyişdirilir. Bu qanunda “kənd turizmi”, “yaşıl turizm” və bir qədər yeni olan digər turizm növləri əksini tapıb. Eyni zamanda turizmin davamlı inkişafının təmin edilməsi üçün yeni maddələr əks olunub. Məncə qanunda dövlət qurumları tərəfindən müxtəlif xidmətlərin yerinə yetirilməsi məsələsinə bir qədər diqqət yetirilməlidir. Çünki dövlət qurumları bu işlə məşğul olanda artıq biznesə yer qalmır”.

Samir Dübəndinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

 

9
Azərbaycanın ən böyük texnologiya agentliyi olan Technote media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas

Kiber cinayətkarlar insanları necə aldadır? ekspert izah edir

201
(Yenilənib 15:48 17.09.2021)
İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas deyir ki, belə zənglər gələndə telefonun ekranında bankın və ya hər hansı dövlət orqanının nömrəsini görmək olar
Fərid Pərdəşünas: “Belə olduqda vətəndaş avtomatik olaraq gələn zəngə inanır”

“Kibercinayətkar istədiyi nömrədən, istədiyi şəxsə zəng edə bilir”. Sputnik Azərbaaycan xəbər verir ki, bunu İTV-yə açıqlamasında İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas deyib.

Ekspertin sözlərinə görə, belə zənglər gələndə telefonun ekranında bankın və ya hər hansı dövlət orqanının nömrəsini görmək olar: “Belə olduqda vətəndaş avtomatik olaraq gələn zəngə inanır. Belə zənglərdə iddia olunur ki, zəng gələn şəxsin bank hesabı təhlükə altındadır və bank guya buna dərhal müdaxilə edir. Bunun üçün şəxsdən şəxsi məlumatları tələb olunur ki, onun hesabının təhlükəsizliyi təmin edilsin”.

Fərid Pərdəşünasın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

201
exit-poll

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

4
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

4
Teqlər:
'exit-poll', Rusiya