Ekspert: “Onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi qanunvericiliyə uyğundur”

403
(Yenilənib 15:50 10.09.2021)
Təhsil eksperti Kamran Əsədov deyir ki, vaksini olunmayanlar və bununla bağlı rəsmi etirbarlı sənədi olmayanlar şəxslər ənənəvi təhsil prosesində iştirak etməyəcəklər
Kamran Əsədov: “Mövcud vəziyyətdə onlayn təhsil keyfiyyətli deyil”

Sentyabrın 22-dən Azərbaycanda ənənvi təhsil bərpa olunmaqla yeni tədris mövsümü başlayır.

Bəs ölkədə müəllimlərin vaksinasiyaya qarşı əldə etdikləri əks göstəriş sertifikatları hansısa problemlər yarada bilərmi?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, biz artıq alternativ təhsilə qayıtmalıyıq: “Çünki mövcud vəziyyətdə onlayn təhsil keyfiyyətli deyil. Amma hər şeydən öncə biz öz sağlamlığımızı qorumalıyıq. Vaksini olunmayan və bununla bağlı rəsmi etirbarlı sənədi olmayan şəxslər ənənəvi təhsil prosesində iştirak etməyəcəklər. Ən yaxşı halda onların onlayn tədrisdə iştirakı təmin edilə bilər. Ona görə də 18 yaşdan yuxarı təhsil prosesinin bütün iştriakçılarının vaksinasiya olunması zəruridir. Qeyd edim ki, onlar üçün məhdudiyyətlərin tətbiq edilməsi də qanunvericiliyə uyğundur. Artıq ölkəmizdə müəllimlərin böyük hissəsi vaksinasiya olunub”.

Kamran Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

403
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin (İSAY İB) sədri Eyyub Kərimli

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini açıqlayır

7
(Yenilənib 15:07 18.09.2021)
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi
Eyyub Kərimli: “Bu azalma müvəqqəti haldır”

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

İqtisadçı ekspert Eyyub Kərimli Sputnik Azərbaycan-a xarici investisiyaların azalma səbəblərini açıqlayıb. Ekspert bildirib ki, investisiya qoyuluşundakı azalmanın bir neçə önəmli səbəbi var: “İlk olaraq onu deməliyəm ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi. Pandemiyanın iqtisadi fəsadları Avropa ölkələrinə də təsirsiz ötüşmədi. İkinic bir tərəfdən hesab edirəm ki, ölkəmizin ötən il apardığı 44 günlük Vətən Müharibəsi də investisiya qoyuluşlarına öz təsirini göstərib. Belə ki, müharibə gedən ölkələr investorlar üçün risk zonası hesab edilir. Bu da xarici investisiyaların həcminə təsirini göstərə bilər. Amma hesab edirəm ki, bu azalma müvəqqəti haldır və tezliklə işğaldan azad edilmiş ərazilərimizdə investisiya imkanları genişlənəcək”.

Eyyub Kərimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

490
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

490
Yeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli

Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar

0
(Yenilənib 19:24 18.09.2021)
ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

BAKI, 18 sentyabr — Sputnik. Hələlik Azərbaycanda uşaqların COVID-19 əleyhinə vaksinləşməsi ilə bağlı bir qərar yoxdur. Nazirlər Kabinetinin qərarı ilə ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin vaksinasiyası aparılır. Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə isə artıq bu istiqamətdə addımlar atılıb və yaşı 12-15 olan uşaqlar vaksin olunurlar. Maraqlıdır, dünyada uşaqların vaksin yaşı neçədir?

Sputnik Azərbaycan bunu araşdırmağa çalışıb.

Bir çox dünya ölkələrində, xüsusən də inkişaf etmiş ölkələrdə COVID-19 əleyhinə uşaqların peyvənd yaşı 12 olaraq müəyyənləşib. Bəzi ölkələrdə bu yaş 12-15 yaş aralığında dəyişir.

Məsələn, ABŞ, Fransa, İtaliya, İspaniya, Almaniya, İrlandiya, İsveçrə kimi ölkələrdə uşaqların COVID-19 əleyhinə vaksin yaşı 12-dən başlayır.

Bəs bu ölkələrdə uşaqların neçə faizi vaksin olunub, buna nəzər yetirək:

- Fransada 68 %

- İtalyada 62%

- İspaniyada 79%

- Almaniyada 39%

- İrlandiyada 90%

- İsveçrədə 55%

Qonşu Türkiyədə vəziyyət necədir?

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər COVID-19 virusu ilə əlaqədar olaraq reanimasiyadakı uşaqların sayında artım olub: "Bu səbəbdən də əlimizdə əsas silahımız vaksindir. Ailələr övladlarını vaksin etdirməkdən qorxmasınlar. Nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində bu virus əleyhinə uşaqlar vaksin olunurlar. Məsələn, Kubada uşaqlar 2 yaşından vaksin olunurlar. Çin və Birləşmiş Ərəb ölkələrində 3 yaşdan vaksinləşmə başlayır".

Qeyd olunub ki, uşaqlar üçün vaksinin fərqli dozada tətbiqi ilə bağlı hələlik nəsə demək mümkün deyil: "Yaşı 12-dən yuxarı olanlara tam doza vaksin vurulur, yaşı 12-dən aşağı olanlara isə daha az dozada vaksinin vurulması üçün müəyyən işlər getsə də, hələlik bir nəticə, qərar yoxdur".

Eləcə də oxuyun:

0
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, vaksinasiya, dünya, uşaqlar
Mövzu:
Yeni tip koronavirus pandemiyası