İqtisadçı ekspert Fuad İbrahimov

Ekspert: “İqtisadi fəallığın artırılması üçün başqa addımların atılması da zəruridir”

72
(Yenilənib 11:10 10.09.2021)
İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, xüsusi vergi rejiminin tətbiqi iqtisadi fəallığı stimullaşdıran amillərdən biridir
Fuad İbrahimov: “Qərbdə də bu mexanizm və metodologiya geniş tətbiq olunur”

İşğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması nəzərdə tutulur.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, xüsusi vergi rejiminin tətbiqi iqtisadi fəallığı stimullaşdıran amillərdən biridir: “Qərbdə də bu mexanizm və metodologiya geniş tətbiq olunur. Ancaq bununla yanaşı iqtisadi fəallığın artırılması üçün başqa addımların atılması da zəruridir. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə azad biznes mühitinin yaradılması üçün təhlükəsizlik amili önə çıxır. Digər tərəfdən infrastruktur və logistika quruculuğunun təminatı vacibdir. Biz görürük ki, bu istiqamətdə də işlər sürətli bir şəkildə aparılır. Qarabağ və Şərqi Zəngəzur zonasında artıq həm avtomobil yollarının tikintisi, üç havalimanının inşası və dəmiryolu xətlərinin bərpası istiqamətində atılan addımlar bu ərazilərdə iqtisadi fəallığın artımına və biznes mühitinin formalaşmasına təsir edən əsas amillər kimi çıxış edir”.

Fuad İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

72
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

611
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

611

Paşinyanın pozitiv açıqlamaları regionda vəziyyəti dəyişə bilərmi? Politoloq şərh edir

852
(Yenilənib 14:44 21.09.2021)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin o ona mane olacaq qüvvələrdən çəkinir
Elxan Şahinoğlu: “Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır”

“Paşinyan son vaxtlar pozitiv açıqlamalar verir, ancaq real addımlar yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, normal münasibətlər istəməklə bağlı açıqlamalar vermək azdır: “Dəhlizin açılması ilə bağlı addım atılmalıdır. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır. Bəlkə də Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin ona mane olacaq qüvvələrdən çəkinir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Elxan Şahinoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

852
Azərbaycanlı karateçi Rafael Ağayev

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

0
(Yenilənib 19:37 21.09.2021)
Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.

BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.

Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.

Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.

Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.

0