AQTİ-nin mütəxəssisi pandemiya şəraitində riayət edilməli qaydaları açıqlayır

10
(Yenilənib 14:52 08.09.2021)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ-nin) mütəxəssisi Seymur Qafarov deyib ki, qabıqları istehlak oluna bilən kənd təsərrüfatı məhsullarını istifadə etməmişdən öncə onları dezinfeksiya etsinlər
Seymur Qafarov: “İstehlakçıların məhsullara toxunmamağa vərdiş etməsini istərdim”

“Müştərilən pərakəndə satış yerlərində məhsul alarkən ona toxunaraq yoxlaması yolverilməz haldır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ-nin) mütəxəssisi Seymur Qafarov deyib.

O bildirib ki, koronavirusa yolxumuş şəxslərin qaydaları pozaraq pərakəndə satış yerlərinə getməsi və oradakı məhsullara əllə toxunması da kifayət qədər təhlükə mənbəyi hesab edilə bilər: “Ümumiyyətlə tək pandemiya şəraitində deyil, normal zamanlarda da istehlakçıların məhsullara əllə toxunmamağa vərdiş etməsini istərdim. İstehlakçılara tövsiyə edirəm ki, qabıqları istehlak oluna bilən kənd təsərrüfatı məhsullarını istifadə etməmişdən öncə onları dezinfeksiya etsinlər. Bu məhsullar beş dəqiqə ərzində dezinfeksiya edilməlidir ki, daha sonra öz orqaniklik xüsusiyyətini itirib acılaşmasın”.

Seymur Qafarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev

Millət vəkili: “Biz qələbə ilə ermənilərin yaratdıqları mifi darmadağın etdik”

8
(Yenilənib 16:38 27.09.2021)
Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər.
Arzu Nağıyev: “Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı”

“Vətən Müharibəsinin başlanma səbəblərindən biri azğınlaşmış ermənilərin Azərbaycan yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması, sərhədboyu rayonlarımıza qarşı təxribatlar törətməsi idi”. Bunu Sputnik Azərbaycan-a Vətən Müharibəsinin anım günü ilə bağlı danışarkən millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatları ilə 44 gün ərzində qələbəyə nail oldu: “Biz bu qələbə ilə ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdik. Bu müharibəyə gətirib çıxaran səbəblər var idi. Müharibədən öncə Ermənistan tərəfi Tovuz istiqamətində təxribat törətmişdi. Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər. Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı. Bu ölkə BMT-nin qətnamələrini önəm vermədiyini göstərdi. Eyni zamanda münaqişənin həlli ilə məşğul olmağı öhdəsinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti deklarativ bəyanatlardan uzağa getmədi.  Bütün bunlara görə Vətən Müharibəsi başladı. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün BMT qətnamələrini hərbi yolla icra etdi. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuz və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına bu qələbəyə nail oldu”.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

8

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb”

6
(Yenilənib 14:40 27.09.2021)
Politoloq Tofiq Abbasov deyib ki, Proseslərin ucunda olan tərəflər də Ermənistanın inteqrasiyasızlıq böhranını yaşayan tərəf olduğunu anlayır.
Tofiq Abbasov: “Onların nə siyasi, nə hərbi rəhbərliyi düşünülmüş hazırlığa malikdir”

“Ermənistan sülh prosesini bərpa etməyə hazırdır”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sputnik Azərbaycan Ermənistan tərəfindən verilmiş bu açıqlama ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Politoloq bildirib ki, Ermənistan tərəfi danışmaq, dil məharətini göstərmək baxımından pərgardır: “Onların faciəsi onsan ibarətdir ki, ancaq danışmağı bacarırlar. Real işə gəldikdə isə nə bir iş görürlər, nə də belə bir niyətə sahibdirlər. Onlar o qədər devalvasiyaya uğrayıblar ki, artıq bizim üçün hə hansı təəssürat doğurmur. Proseslərin ucunda olan tərəflər də anlayır ki, Ermənistan inteqrasiyasızlıq böhranını yaşayan tərəfdir. Onların nə siyasi, nə hərbi rəhbərliyi düşünülmüş hazırlığa malikdir. Ona görə də onlar sözlərini əməlləri ilə təsdiq edə bilmirlər. Azərbaycan necə öz torpaqlarında işğal siyasəti apara bilər?! Bu cəfəng iddiadır. Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb”.

Tofiq Abbasovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin Milli müdafiə nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş qərargah Muhsin Dərə ilə görüşdü: Təlimlərə davam

0
(Yenilənib 19:56 27.09.2021)
Görüşdə bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və bu istiqamətdə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyi bildirilib.

BAKI, 27 sentyabr — Sputnik. Sentyabrın 27-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar.

© AR Ministry of Defence
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin Milli müdafiə nazirinin müavini ilə görüşüb

Bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və bu istiqamətdə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyi bildirilib.

Söhbət zamanı hərbi sahədə birgə sənayenin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

* “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi davam edir

* "Üç qardaş - 2021" beynəlxalq təlimi: "Qarşıya qoyulan məqsədlərə nail olduq"

0