Politoloq: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq yerinə yetirmir”

1486
(Yenilənib 14:48 06.09.2021)
Politoloq İqor Korotçenko deyib ki, üçtərəfli Bəyannamə hüquqi cəhətdən məcburi bir sənəddir, tamamilə qanuni, aydın və ardıcıl bir sülh mexanizmidir
İqor Korotçenko: “Cənubi Qafqazda sülhə alternativ yoxdur”

“2020 -ci ilin 9 Noyabrında imzalanmış üçtərəfli bəyanat Azərbaycanın qələbəsini, Ermənistanın təslim olmasını və Rusiyanın vasitəçilik missiyasını qeyd etməklə ikinci Qarabağ müharibəsinin finalını göstərir”. Bunu Sputnik Azərbaycan-a 9 Noyabr bəyanatının 300 günü ilə bağlı danışarkən politoloq İqor Korotçenko deyib.

O bildirib ki, təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq yerinə yetirmir: “Bölgədə sülh və təhlükəsizlik istiqamətində heç bir konkret addımlar və irəliləyiş yoxdur. Üçtərəfli Bəyannamə hüquqi cəhətdən məcburi bir sənəddir, tamamilə qanuni, aydın və ardıcıl bir sülh mexanizmidir. Ermənistan gec -tez üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq. Burada söhbət Qarabağdan qanunsuz silahlı erməni birləşmələrinin çıxarılmasından, Zəngəzur dəhlizinin bərpasından, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyasından gedir. Cənubi Qafqazda sülhə, əməkdaşlığa və inkişafa alternativ yoxdur”.

İqor Kortoçenkonun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

1486
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ böyük potensial mövcuddur”

5
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Mikayıl Cabbarov: “Xarici şirkətləri həyata keçirilən layihələrdə iştiraka dəvət edirik”

“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5

Ruslan Mirsayapov: “Azərbaycan şirkətləri bizə tez -tez müraciət edir”

10
(Yenilənib 14:47 23.09.2021)
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb
Ruslan Mirsayapov: “Azərbaycan və Rusiya strateji tərəfdaşdır”

“Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

O bildirib ki, ölkələrimizin prezidentləri iqtisadi sahə də daxil olmaqla ikitərəfli dialoqun inkişafına böyük əhəmiyyət verirlər: “Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb. Rusiya Ticarət Nümayəndəliyi dövlət strukturudur. Onun vəzifəsi xarici ölkələrə Rusiya ixracını təşviq etmək üçün resurslarımızdan doğru istifadə etməkdir. Rusiyada tərəfdaş axtaran Azərbaycan şirkətləri həm məhsulların alınması, həm də çatdırılması üçün bizə tez -tez müraciət edir”.

Qeyd edək ki, cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.

Ruslan Mirsayapovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm - Türkiyə prezidenti

2
Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

BAKI, 23 sentyabr - Sputnik. Soçidə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda önəmli qərarlar veriləcəyinə ümid edirəm. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Daha sonra Ərdoğan Türkiyənin İğdır vilayətindən Naxçıvana avtomobil və dəmir yolları çəkiləcəyini deyib.

Türkiyə Prezidenti Naxçıvana dəmir yolunun çəkilməsinin çox önəmli addım olacağını vurğulayıb.

2
Teqlər:
Türkiyə, İğdır, dəmir yolu