Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə

Ekspert: “Bütün regionlarımızda bu alternativ enerjini istehsal etmək mümkündür”

63
(Yenilənib 14:43 03.09.2021)
Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bildirib ki, ölkəmizdə günəşli günlərin sayının çox olması enerji istehsalı üçün yüksək səciyyələndirilir
Emin Axundzadə: “Azad edilmiş ərazilərimizin geniş alternativ enerji potensialı mövcuddur”

Alternativ enerjiyə keçid edərkən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yol Xəritəsini hökumətin prioritetlərinə və mandatına uyğun olaraq formalaşdıracaqdır. Bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə Sputnik Azərbaycan-a Azərbaycanın alternativ enerji portensialını şərh edib.

Ekspert bildirib ki, Azərbaycanın yetərincə böyük alternativ enerji imkanları var: “Ölkəmizdə günəşli günlərin sayının çox olması enerji istehsalı üçün yüksək səciyyələndirilir. Eyni zamanda Bakı və ətraf ərazilərində küləkli günlərin çox olması külək enerjisinin istehsalı üçün əlverişli hesab edilir. Azərbaycan bərpa olunan enerji sahəsində potensialı 27 min meqavatt həcmində dəyərləndirilir. Bunun 3 mini külək, 23 mini isə günəş enerjisinin payına düşür. Günəş enerjisinin istehsalı demək olar ki, Azərbaycanın bütün regionlarında mümkündür. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərimizin də geniş alternativ enerji potensialı mövcuddur. 2030-cu ilə qədər ümumi enerji balansında alternativ enerjinin payının 30 faizə çatdırılması planlaşdırılır”.

Emin Axundzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

63
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

6
(Yenilənib 14:43 16.09.2021)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb

Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.

O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.

Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.

Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6
İqtisadçı-ekspert Rəşad Həsənov

Azərbaycanın keyfiyyətli benzin istehsalı imkanlarının perspektivi varmı? ekspert şərhi

569
(Yenilənib 16:28 15.09.2021)
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 25-30 mlrd dollar sərf edilib benzin istehsal edə biləcək böyük zavodlar qurulsun
Rəşad Həsənov: “Hələlik qarşıya qoyulan hədəflərə nail olunmayıb”

Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır. Bunu Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Sputnik Azərbaycan ölkəmizdə bu marka benzin növlərinin istehsalı perspektivləri və səmərəliliyi ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

İqtisadçı bildirib ki, Azərbaycan yüksək oktanlı keyfiyyətli benzin növlərinin istehsalını planlayırdı: “İri neft gəlirləri dövründə belə bir plan mövcud idi. Lakin sonradan neft qiymətlərinin kəskin ucuzlaşması, devalvasiyalar, iqtisadi ressessiyalar və Azərbaycanda neft hasilatının sürətlə azalması prosesi böyük investisiyalar yatırmaqla yeni zavodun qurulması imkanlarını məhdudlaşdırdı. Bu dəfə isə mövcud zavodların rekonstruksiyası yolu iə keyfiyyətli benzinin istehsalı hədəfə qoyuldu. Amma hələlik də qarşıya qoyulan hədəflərə nail olunmayıb. Mən bir iqtisadçı kimi tərəfdarı deyiləm ki, 25-30 mlrd dollar sərf edilib benzin istehsal edə biləcək böyük zavodlar qurulsun. Burada artıq marjinal baxışlara ehtiyac var. Ölkənin qarşısında duran problemlərə nəzər saldıqda bu dərəcə böyük vəsaitin sərf edilməsi ağla batan deyil”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

569
Ermənistan Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Əl bizdən ətək sizdən: Paşinyan KTMT-dən PUA istədi

0
(Yenilənib 15:51 16.09.2021)
Paşinyan bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.

BAKI, 16 sentyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələri müasir texnika, o cümlədən, Pilotsuz Uçan Aparatla (PUA) silahlandırılmalıdır.

Sputnik Ermənistan xəbər verir ki, bu təkliflə Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Düşənbədə keçirilən sammitində çıxış edib.

KTMT sədrliyinin Ermənistana keçdiyinə diqqət çəkən Paşinyan bildirib ki, bununla əlaqədar olaraq tərəflər bir-birinə qarşılıqlı yardımı artırmalı, xarici siyasət məsələlərində koordinasiyanı gücləndirməlidir. Onun sözlərinə görə, bu, quruma üzv dövlətlərin maraqlarına toxunan məsələlərin razılaşdırılmış həlli yollarını müəyyənləşdirməyə imkan verər.

"Biz, xüsusən də xarici işlər və müdafiə nazirlikləri səviyyəsində məşvərət iclaslarının keçirilməsinə böyük önəm veririk", – deyə, o vurğulayıb.

O da bildirilib ki, Ermənistanın quruma sədrlik edəcəyi müddətdə Yerevan KTMT, ATƏT və BMT ilə dialoqu nəzərə alaraq, təhlükəsizlik üzrə forumların keçirilməsi praktikasını bərpa etmək niyyətindədir.

Qeyd edək ki, hazırda Tacikistanın paytaxtı Düşənbə şəhərində KTMT-nin sammiti keçirilir. Sentyabrın 15-də başlayan toplantıda Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.

Rusiya Prezidenti Vladimir Putin karantin rejimində olduğundan, iclasa videokonfrans rejimində qatılıb.

Xatırladaq ki, KTMT-nin növbəti iclası 2022-ci ilin sonunda Yerevanda keçiriləcək.

0