Hərbi ekspert Ədalət Verdiyev

Hərbi ekspert: “Bu təlimlər Ermənistana göz dağı olacaq”

16
(Yenilənib 14:40 03.09.2021)
Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ərazinin, iqlim şəraitinin tanınması və əməliyyatlar teatrının tanış olunması baxımından olduqca əhəmiyyətli idi
Ədalət Verdiyev: “Ermənistanın qırıcılarını havaya qaldırmağa cürət etməmişdi”

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Şahini-2021" birgə taktiki uçuş təlimləri start götürür. Konya şəhərində keçiriləcək təlimlərə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi ilə qatılacaq. Sentyabrın 17-i başa çatacaq təlimlərə maraq olduqca böyükdür.

Hərbi ekspert Ədalət Verdiyev Sputnik Azərbaycan-a  təlimlər, onların əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Ədalət Verdiyev bildirib ki, Azərbaycan 2015-ci ildən bəri “TurAz Şahini” təlimlərində iştirak edir: “Bu təlimlər Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) pilotlarının ölkə sərhədindən kənarda qatıldığı ilk aviasiya təlimləri olub. “TurAZ Şahini” ilk dəfə keçiriləndə Azərbaycan pilotları Türkiyə - Ermənistan sərhədində təlim keçirmək imkanı əldə etdilər. Ərazinin, iqlim şəraitinin tanınması və əməliyyatlar teatrının tanış olunması baxımından bu da olduqca əhəmiyyətli idi. Hər iki ölkənin pilotları bir neçə növdə keçirilən təlimlərdə iştirak etdiyi halda Ermənistanın Vətən Müharibəsi zamanı məğlubiyyətə məruz qaldığı halda belə qırıcılarını havaya qaldırmağa cürət etməmişdi. Bu təlimlər Ermənistana və onu silahlandıran tərəfdaşlarına növbəti göz dağı olacaq”.

Ədalət Verdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin (İSAY İB) sədri Eyyub Kərimli

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini açıqlayır

7
(Yenilənib 15:07 18.09.2021)
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi
Eyyub Kərimli: “Bu azalma müvəqqəti haldır”

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

İqtisadçı ekspert Eyyub Kərimli Sputnik Azərbaycan-a xarici investisiyaların azalma səbəblərini açıqlayıb. Ekspert bildirib ki, investisiya qoyuluşundakı azalmanın bir neçə önəmli səbəbi var: “İlk olaraq onu deməliyəm ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi. Pandemiyanın iqtisadi fəsadları Avropa ölkələrinə də təsirsiz ötüşmədi. İkinic bir tərəfdən hesab edirəm ki, ölkəmizin ötən il apardığı 44 günlük Vətən Müharibəsi də investisiya qoyuluşlarına öz təsirini göstərib. Belə ki, müharibə gedən ölkələr investorlar üçün risk zonası hesab edilir. Bu da xarici investisiyaların həcminə təsirini göstərə bilər. Amma hesab edirəm ki, bu azalma müvəqqəti haldır və tezliklə işğaldan azad edilmiş ərazilərimizdə investisiya imkanları genişlənəcək”.

Eyyub Kərimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

490
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

490
Doktor, arxiv şəkli

Bakının məşhur xəstəxanasına yeni direktor təyin edilib

0
TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov yeni direktorun təyinatı ilə bağlı müvafiq əmr imzalayıb.

BAKI, 18 sentyabr - Sputnik. Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Eləcə də oxuyun:

0
Teqlər:
xəstəxana, Uroloq, TƏBİB, direktor
Mövzu:
Bakının son xəbərləri