Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

Emin Hüseynov: “Biz Qarabağı, o cümlədən Ağdamı cənnətə çevirəcəyik”

27
(Yenilənib 14:32 03.09.2021)
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, dağıntıların miqyası insanı heyrətləndirir və biz qarşımızda duran bərpa işlərinin miqyasını görürük
Emin Hüseynov: “Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq”

Ağdam şəhəri ən qabaqcıl beynəlxalq standartlara uyğun olaraq bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Türk Şurası üzv və müşahidəçi ölkələrinin KİV nümayəndələrinin azad edilmiş ərazilərə səfəri çərçivəsində Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində deyib.

O bildirib ki, Azərbaycan öz ərazilərini işğalçılardan azad edib: "Bu gün biz 2020-ci il 10 noyavr tarixli üçtərəfli bəyanatına əsasən, noyabrın 20-də azad edilərək Azərbaycan tərəfinə verilmiş Ağdam şəhərindəyik. Şəhər dağıdılıb, siz tarixi və mədəni əhəmiyyətli yerlərin hansı vəziyyətdə olduğunu görürsünüz. Dağıntıların miqyası insanı heyrətləndirir və biz qarşımızda duran bərpa işlərinin miqyasını görürük. Ağdam rayonunun üçdə-iki hissəsi işğal altında olub. Biz Qarabağı, o cümlədən Ağdamı cənnətə çevirəcəyik. Şəhər ən qabaqcıl beynəlxalq standartlara uyğun olaraq bərpa ediləcək. Şəhərin əhalisi yüz min nəfər təşkil edəcək və onun ərazisi təxminən iki dəfə genişləndiriləcək. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Azərbaycanın dördüncü böyük şəhəri olacaq".

Emin Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

27
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

399
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

399

Orxan Məmmədov: “KOBİA özünüməşğulluq proqramına dəstək göstərir”

7
(Yenilənib 16:20 17.09.2021)
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, agentlik tərəfindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib
Orxan Məmmədov: “Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”

“KOBİA özünüməşğulluq proqramına dəstək göstərir və ötən dövrdə 400-dən çox vətəndaşın proqrama qoşulmasına KOBİA tərəfindən dəstək təmin edilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forumundakı çıxışı zamanı deyib.

O bildirib ki, əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün onlar Agentliyin dəstəyi ilə təlimlərə cəlb olunur: “Agentlik tərəfindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib. KOBİA “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə səmərəli əməkdaşlıq edir. Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”nu çərçivəsində KOBİA-nın çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb. Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

8
(Yenilənib 12:19 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

8
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri