Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov

Millət vəkili: “Heç birimizin susqun oturmağa haqqımız yoxdur”

27
(Yenilənib 13:48 03.09.2021)
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır
Rəşad Mahmudov: “Bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək”

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov həkimlərə və səhiyyə işçilərinə çağırış edib. Sputnik Azərbaycan xəbər verir ki, deputat fikirləri ilə razılaşmayan şəxslərlə açıq müzakirələrə hazır olduğunu bildirib.

“Bir ilə yaxındır ki, evdə müalicə, nə vaxt xəstəxanaya getməliyik və s. mövzularda fikirlərimlə razılaşmadığınız məqam və ya buna qarşı əks fikir yürüdəcək həkim və ya tibbi ekspert varsa, məmnuniyyətlə açıq müzakirələrə girməyə hazıram. Səhiyyəmiz çox çətin bir sınaqdan keçir. Belə bir vəziyyətdə həkim olaraq, heç birimizin susqun oturmağa haqqımız yoxdur. Bu qədər yüklənmə qarşısında dövlət qurumlarından bu məsələdə nə isə etməsini gözləmək yanlışdır. İnsanları vaxtında səhv yoldan döndərməsək, ölümlər daha da artacaq. Halbuki, doğru tibbi taktika qurmaqla, ən azından insanlara belə vəziyyətlərdə nə etməmələri mövzusunda izah verməklə (sosial şəbəkələrdən) tərəddüd və qorxuları azalda bilərik. Əlbəttə ki, bu dalğa da digərləri kimi 2-3 həftəyə sönməyə başlayacaq və sönəcək. Amma ən çətin günlərdə bir səhiyyəçi olaraq bütün çətinliklərə baxmayaraq, hadisəyə münasibətimiz hər zaman xatırlanacaq”, - deyə R. Mahmudov vurğulayıb.

Rəşad Mahmudovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

27
Sənan Şəfizadə

İdman şərhçisi: “Qarabağ”ın “Bazel”lə oyununda stadion amilini nəzərə almaq lazımdır”

14
(Yenilənib 16:27 16.09.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyib ki, qazanılan xallar komandamızın qrupdan çıxmaq şanslarını artıracaq
Sənan Şəfizadə: ““Qarabağ”dan bu oyunda ən azı bir xal qazanmasını gözləyirəm”

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq. Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı ilk sınağında İsveçrə “Bazel”ini qəbul edəcək.

İdman şərhçisi Sənan Şəfizadə “Qarabağ”ın bugünkü oyunda şanslarını Sputnik Azərbaycan-a şərh edib. O bildirib ki, bu oyun “Qarabağ” üçün asan olmayacaq: “Burada stadion amilini də nəzərə almaq lazımdır. “Qarabağ” uzun müddətdir oyunlarını Tofiq Bəhramov stadionunda keçirirdi. Burada azarkeşlər ot örtüyünə daha yaxından oyunu izlədikləri üçün onların dəstəyi stadionda hiss edilir. Ancaq indi oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Qurban Qurbanovun rəqibi təhlil etmək üçün yetərincə vaxtı olub. Klubumuz bu komandadan xal ala bilsə üstünlük olar. “Qarabağ”dan bu oyunda ən azı bir xal qazanmasını gözləyirəm. Qazanılan xallar komandamızın qrupdan çıxmaq şanslarını artıracaq”.

Sənan Şəfizadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

10
(Yenilənib 14:43 16.09.2021)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb

Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.

O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.

Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.

Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi