İdman şərhçisi: “Komandamız bu oyundan ən azı bir xal götürmək iqtidarındadır”

13
(Yenilənib 14:41 01.09.2021)
İdman şərhçisi Pərviz Musayev bildirib ki, səlahiyyətli qurumlar oyunda hər hansı təxribatın baş verməməsi üçün də müvafiq tədbirləri görəcəklər
Pərviz Musayev: “Komandamızın heyətlə bağlı hər hansı problemi yoxdur”

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.

İdman şərhçisi Pərviz Musayev millimizin oyun qabağı vəziyyəti və qələbə şansları barədə fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.

İdman şərhçisi bildirib ki, hazırkı zamanda komandamızın heyətlə bağlı hər hansı problemi yoxdur: “İlki heyətlə bağlı fikir irəli sürmək bir qədər çətindir. Baş məşqçinin start heyətdə edəcəyi seçimlər bu baxımdan maraqla gözlənilir. Düşünürəm ki, milli komandamız bu oyundan ən azı bir xal götürmək iqtidarındadır. Diqqət yetirmək istədiyim digər bir məqam isə oyun  öncəsi planlaşdırılan erməni təxribatı ilə bağlıdır. Əldə edilən məlumata görə ermənilər bu gün mərkəzi meydanlardan birində mitinq keçirəcəklər. Düşünürəm ki, bu mitinqin vaxtı da təsadüfi deyil. Ümid edirəm ki, səlahiyyətli qurumlar oyunda hər hansı təxribatın baş verməməsi üçün də müvafiq tədbirləri görəcəklər”.

Pərviz Musayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

13
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

163
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

163

Paşinyanın pozitiv açıqlamaları regionda vəziyyəti dəyişə bilərmi? Politoloq şərh edir

410
(Yenilənib 14:44 21.09.2021)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin o ona mane olacaq qüvvələrdən çəkinir
Elxan Şahinoğlu: “Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır”

“Paşinyan son vaxtlar pozitiv açıqlamalar verir, ancaq real addımlar yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, normal münasibətlər istəməklə bağlı açıqlamalar vermək azdır: “Dəhlizin açılması ilə bağlı addım atılmalıdır. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır. Bəlkə də Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin ona mane olacaq qüvvələrdən çəkinir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Elxan Şahinoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

410
Qaçaqmal­çılığının qarşısı alınıb

DSX DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar var

0
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları ("Manchester", "Magna", "Senator", "Kent", "Platinum", "King", "Want") aşkar edilib.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfi­zəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin güclən­dirilməsi, qaçaqmalçılıq və digər qanunsuz fəaliyyətlər ilə mübarizə sahəsində tədbirlər dаvаm еtdirilməkdədir.

  • Qaçaqmal­çılığının qarşısı alınıb
    © State Border Service of Azerbaijan Republic
  • Qaçaqmal­çılığının qarşısı alınıb
    © State Border Service of Azerbaijan Republic
  • Qaçaqmal­çılığının qarşısı alınıb
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Qaçaqmal­çılığının qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, cari ilin sentyabr ayının 21-də Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmal­çılığının qarşısı alınıb.

Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qayda­larını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizi­nin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib.

Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülüb, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz "Yamaha-8" mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərrik­siz rezin qayıq saxlanılıb.

Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.

Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları ("Manchester", "Magna", "Senator", "Kent", "Platinum", "King", "Want") aşkar edilib.

Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

0