Baş prokuror: “Rusiya itkin düşənlərin aqibəti ilə bağlı bizə yardım göstərəcək”

79
(Yenilənib 16:43 01.09.2021)
Baş Prokuror Kamran Əliyev deyib ki, Kəlbəcərdə, Başlıbeldə və digər yerlərdə də kütləvi naməlum məzarlar artıq aşkarlanır
Kamran Əliyev: “Bizim Türkiyə və Rusiya tərəfi ilə əməkdaşlığımız var”

“Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə bağlı işlər davam edir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “Artıq 55 belə şəxs müəyyən olunub. Eyni zamanda Kəlbəcərdə, Başlıbeldə və digər yerlərdə də kütləvi naməlum məzarlar artıq aşkarlanır. Bu istiqamətdə fəaliyyətimiz davam edir. İkinci Qarabağ müharibəsindən sonra isə bizim 7 itkin düşən hərbçimiz var. O sahədə də bizim işlərimiz davam etdirilir. Bununla bağlı müxtəlif dövlət qurumları ilə, müxtəlif ölkələrlə də əməkdaşlıq edirik. O cümlədən bizim Türkiyə və Rusiya tərəfi ilə əməkdaşlığımız var. Bununla bağlı Rusiyanın Baş Prokuroru ilə də razılığa gəlmişik. Razılığa əsasən, Qarabağ müharibəsi dövründə itkin düşənlərin aqibətinə aydınlıq gətirilməsi üçün onlar da bizə yardım göstərəcək”.

Kamran Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

79
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ böyük potensial mövcuddur”

5
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Mikayıl Cabbarov: “Xarici şirkətləri həyata keçirilən layihələrdə iştiraka dəvət edirik”

“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5

Ruslan Mirsayapov: “Azərbaycan şirkətləri bizə tez -tez müraciət edir”

9
(Yenilənib 14:47 23.09.2021)
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb
Ruslan Mirsayapov: “Azərbaycan və Rusiya strateji tərəfdaşdır”

“Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

O bildirib ki, ölkələrimizin prezidentləri iqtisadi sahə də daxil olmaqla ikitərəfli dialoqun inkişafına böyük əhəmiyyət verirlər: “Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb. Rusiya Ticarət Nümayəndəliyi dövlət strukturudur. Onun vəzifəsi xarici ölkələrə Rusiya ixracını təşviq etmək üçün resurslarımızdan doğru istifadə etməkdir. Rusiyada tərəfdaş axtaran Azərbaycan şirkətləri həm məhsulların alınması, həm də çatdırılması üçün bizə tez -tez müraciət edir”.

Qeyd edək ki, cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.

Ruslan Mirsayapovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb

0
(Yenilənib 17:41 23.09.2021)
Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.

Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.

O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1 milyard manat məbləğində kredit üçün müraciət edib. Kommersiya banklarının əsasında onların bir çoxuna 123 milyon manatlıq kreditlər verilib.

Həmçinin oxuyun:

* Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov

 

0