İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfi bu məsələnin yubadılması ilə məşğul olur”

17
(Yenilənib 17:51 30.08.2021)
Politoloq İlyas Hüseynov deyir ki, bölgədəki iqtisadi prioritetlərin müəyyənləşdirilməsi baxımından nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də addımlar atılmalıdır
İlyas Hüseynov: “Ermənistan tərəfinin kostruktiv mövqe sərgiləməsi çox önəmlidir”

Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovina və Monteneqroya səfərdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sülh müqaviləsinin imzalanması üçün bir neçə prioritet məsələlər həllini tapmalıdır: “Bunlardan ən birincisi iki ölkə arasında dövlət sərhədinin tanınmasıdır. Hazırkı geosiyasi reallıqda Ermənistanın Azərbaycan sərhədlərini tanıması mütləq reallıqdır. Digər tərəfdən bölgədəki iqtisadi prioritetlərin müəyyənləşdirilməsi baxımından nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də addımlar atılmalıdır. Ermənistan tərəfi bu məsələnin yubadılması ilə məşğul olur. Bütün bunlar bölgədə sülhü ləngidən və təhlükəsizliyə təhdid törədən amillərdir. Bu baxımdan Ermənistan tərəfinin kostruktiv mövqe sərgiləməsi çox önəmlidir”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Sədrəddin Soltan

Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərindəki gərginliyi belə şərh etdi

19
(Yenilənib 16:47 20.09.2021)
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır
Sədrəddin Soltan: “Bu, Azərbaycanı hədələməyə cəhddir”

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

Qeyd edək ki, son günlər Gorus-Qafan yolunda İran yük maşınlarının hərəkətinin qanuni tələblər əsasında məhdudlaşdırılması, eyni zamanda regionda keçirilən hərbi təlimlər cənub qonşumuzda narahatlıq yaradıb.

Bəs İranın narahatlığının tutarlı əsası varmı?

Sputnik Azərbaycan mövzu ilə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq baş verənləri belə şərh edib: “Azərbaycan Respublikasının İrana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan İranla əməkdaşlığa üstünlük verir. Hətta torpaqlarımızın işğal altında qaldığı dövrdə də İranın Ermənistana hərtərəfli yardım etməsinə baxmayaraq, bu addımlar görməzdən gəlinirdi. Vətən Müharibəsindən sonra İran tərəfinin Azərbaycana qarşı tutduğu mövqe ərazi bütövlüyümüzə qarşı sayğısızlıqdır. Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır. Buna baxmayaraq İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. Atılan addımlar İranın Azərbaycanla münasibətlərdə gərginliyə üstünlük vermək niyyətini göstərir. Bu, Azərbaycanı hədələməyə cəhddir”.

Sədrəddin Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

19
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

12
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

0
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

0
Teqlər:
futbol, Türkiyə, milli