İqtisadçı ekspert Eldəniz Əmirov

Ekspert: “Neft qiymətlərində böyük enişlər gözlənilmir”

21
(Yenilənib 16:47 27.08.2021)
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, neftin qiymətinin formalaşmasına tələb və təklifdən əlavə verilmiş proqnozlar böyük rol oynayır
Eldəniz Əmirov: “Neft qiymətlərindəki dalğalanmanı müşahidə edəcəyik”

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları azalıb. Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

İqtisadçı ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyir ki, neft ehtiyatlarının azalması prosesi əvvəlcədən proqnozlaşdırılırdı: “İqtisadi genişlənmə vüsət aldıqca, neftə tələbat artır. Bu da təbii olaraq ehtiyatların azalmasına gətirib çıxarır. Neftin qiymətinin formalaşmasına tələb və təklifdən əlavə verilmiş proqnozlar böyük rol oynayır. Eyni zamanda ötürülmüş informasiyalara da birjalarda çevik reaksiya verilir. Qarşıdakı aylarda da neft qiymətlərindəki dalğalanmanı müşahidə edəcəyik. Neft qiymətlərində ötən il olduğu kimi böyük enişlərin olacağı gözlənilmir”.

Eldəniz Əmirovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

21
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

222
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

222

Orxan Məmmədov: “KOBİA özünüməşğulluq proqramına dəstək göstərir”

7
(Yenilənib 16:20 17.09.2021)
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, agentlik tərəfindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib
Orxan Məmmədov: “Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”

“KOBİA özünüməşğulluq proqramına dəstək göstərir və ötən dövrdə 400-dən çox vətəndaşın proqrama qoşulmasına KOBİA tərəfindən dəstək təmin edilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forumundakı çıxışı zamanı deyib.

O bildirib ki, əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün onlar Agentliyin dəstəyi ilə təlimlərə cəlb olunur: “Agentlik tərəfindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib. KOBİA “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə səmərəli əməkdaşlıq edir. Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”nu çərçivəsində KOBİA-nın çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb. Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı

0
“Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

BAKI, 18 sentyabr — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət öncə Bakıda analoji hadisə baş vermişdi. Belə ki, "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar edildiyi üçün həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

0