Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov

Professor: “Bu, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə səbəb oldu”

36
(Yenilənib 16:42 27.08.2021)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib ki, Kür axınının azalması səbəbindən dəniz suyu Salyana qədər çayın aşağı axar hissəsini doldurmağa başladı
Mehman Axundov: “Bütün bunlar biomüxtəlifliyin azalması ilə təhdid edir”

Son 10 ildə Xəzər regionunda baş verən iqlim dəyişiklikləri su bioloji ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Xəzərin bioloji resurslarının vəziyyəti dənizlə ona tökülən çaylar arasında birbaşa əlaqədə qiymətləndirilməlidir. Hava istiliyində anomal artım hətta qış mövsümündə də müşahidə olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.

Onun sözlərinə görə, 2010-cu ildən sonra Kür çayının illik axını demək olar ki, 40-50% azalıb, oxşar proseslər Xəzərə daxil olan çay axınının 85%-ə qədərini təmin edən Volqada da müşahidə olunur: "Dəniz suyunun intensiv buxarlanması atmosfer temperaturunun iqlim artımı fonunda, Xəzər dənizinin səviyyəsinin demək olar ki, 1.5 metr aşağı düşməsinə səbəb oldu. Buna baxmayaraq, son illərdə Kür axınının azalması səbəbindən dəniz suyu Salyana qədər çayın aşağı axar hissəsini doldurmağa başladı. Təbii ki, bunun nəticəsində yarıkeçici (çəkikimi balıq növləri) və anadromlu (nərə balıqları, qızılbalıq) balıqların kürüləməsi və təbii çoxalması üçün Kürə girməsi qeyri-mümkün olur. Bu, son 5-6 ildə müşahidə edilir və bu o deməkdir ki, balıq ehtiyatlarının təbii artırılması mümkün deyil, balıq resursları getdikcə azalır. Bütün bunlar bizi nəinki qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin, həm də Xəzərin bütün endemik olan balıq faunasının, biomüxtəlifliyin azalması ilə təhdid edir".

Mehman Axundovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

36
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

234
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

234

Paşinyanın pozitiv açıqlamaları regionda vəziyyəti dəyişə bilərmi? Politoloq şərh edir

480
(Yenilənib 14:44 21.09.2021)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin o ona mane olacaq qüvvələrdən çəkinir
Elxan Şahinoğlu: “Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır”

“Paşinyan son vaxtlar pozitiv açıqlamalar verir, ancaq real addımlar yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, normal münasibətlər istəməklə bağlı açıqlamalar vermək azdır: “Dəhlizin açılması ilə bağlı addım atılmalıdır. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır. Bəlkə də Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin ona mane olacaq qüvvələrdən çəkinir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Elxan Şahinoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

480
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı

134
Peskov bildirib ki, doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyənin Prezident Administrasiyası Ərdoğanın sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfər edəcəyini açıqlayıb.

"Türkiyə Prezidentinin sentyabrın 29-da Soçi şəhərinə birgünlük səfəri gözlənilir", - deyə qeyd olunub.

20.09.2021 - 15:44

Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya paytaxtı Moskvaya işgüzar səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə edəcəklər: "Doğrudan da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır. Gündəlik – çox genişdir, ikitərəfli münasibətlərdən başlayır", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin martın 6-da Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Təxminən 6 saat davam edən görüşün sonunda tərəflər 2018-ci il Soçi Razılaşmasına 3 maddəlik əlavə protokol mətnini ictimaiyyətə açıqlayıb və gözlənilən atəşkəsi də elan ediblər.

Hərbi əməliyyatların getdiyi vaxt rəsmi Ankara tələb edirdi ki, Əsəd qüvvələri 2018-ci ilin sentyabrında imzalanmış Soçi anlaşmasındakı sərhədlərə geri çəkilsin. Ərdoğan AKP-li millət vəkilləri ilə görüşündə deyib ki, Əsədə bağlı qüvvələr Soçi anlaşmasından sonrakı il yarım ərzində ələ keçirdiyi əraziləri tərk etməsə, Türkiyə bu işi özü yerinə yetirəcək. Bu, birbaşa ultimatum hesab olunurdu.

134
Teqlər:
Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Putin, Vladimir Putin, Rusiya