Təhsil naziri: “Vətəndaşlar yeni yaradılan kadr bankına qoşula bilərlər”

21
(Yenilənib 14:40 27.08.2021)
Təhsil naziri Emin Əmrullayev bildirib ki, səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir
Emin Əmrullayev: “Kadr bankına ərizəçilərin əlavə edilmə prosesi davam edir”

Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Nazir bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib. Kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verilməsi baxımından olduqca əhəmiyyətlidir. Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər.

Emin Əmrullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

21
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

3
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3

Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük

25
(Yenilənib 16:46 24.09.2021)
Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev deyir ki, o artıq general Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdi.
Vüsal Azayev: “Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir”

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışıblar.

Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev də Vətən Müharibəsinin iştirakçısı olub. Vüsal Azayev müharibənin başladığı ilk gündən gördüklərini belə nəq edib: “Müharibənin başlanması barədə xəbəri alan kimi qardaşım və mən hərbi komissarlığa yollandıq. Biz artıq mərhum generalımız Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdik. Rayondakı insanların müharibə başlanmasına verdiyi reaksiya döyüşə gedənlərə əlavə stimul verirdi. Yol boyu insanlar əllərinə keçən zəruri ərzaqları hərbçiləri daşıyan maşınların içinə atırdı. Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir. Döyüşdə olduğum ilk gün mühasirəyə düşdük. O mühasirədən uğurla çıxdıq. Qürur verən bir amil də bizdən yüksək rütbə daşıyan hərbçilərin bizimlə bərabər döyüşə atılması idi. Müharibədə olduğum müddətdə Ermənistan sərhədinə qədər döyüş yolu keçmişəm. Çox təssüf ki, bölüyümüzün 15 şəhidi oldu. Lazım gəldi və yaranmış tarixi, hərbi şəraitdən uğurla istifadə edib düşmən təxribatını hərbi qələbəmizlə sonlandırdıq”.

Vüsal Azayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

25