Milli məclisin deputatı Arzu Nağıyev

Millət vəkili: “Paşinyan Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir”

27
(Yenilənib 17:31 26.08.2021)
Milli məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi
Arzu Nağıyev: “Regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır”

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı rəsmi Yerevanın Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib. Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.

Milli məclisin deputatı Arzu Nağıyev Sputnik Azərbaycan-a deyib ki, Ermənistan nəyin bahasına olur-olsun ATƏT-in Minsk qrupunu, xüsusilə də Fransanı regiona yenidən qaytarmaq istəyir: "Çünki regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır. Yerevanda oturanlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları gündəmə gətirməklə bir növ Rusiya sülhməramlılarının öz funksiyalarını sona qədər yerinə yetirə bilməmələri məsələsini də qabartmağa çalışırlar. Eyni zamanda Paşinyan ölkə daxilində müəyyən siyasi stabilliyə nail olmaq üçün də bu cür bəyanatlar səsləndirməlidir. Düşünürəm ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi. Hətta təhlükəsizlik adı altında hazırda Qazaxın işğal altında olan kəndlərinin boşaldılması prosesi də gedir. Bütün bunları nəzərə aldıqda, Paşinyan daxili auditoriyanı, eyni zamanda Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir, siyasi gedişlər edir”.

Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

27
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

4
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

4

Sputnik Azərbaycan-ın qazi redaktoru: döyüşdə olduğum ilk gün mühasirəyə düşdük

25
(Yenilənib 16:46 24.09.2021)
Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev deyir ki, o artıq general Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdi.
Vüsal Azayev: “Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir”

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən dəyirmi masada müharibənin başlanmasının şahidi olanlar həmin günləri necə xatırladıqları barədə danışıblar.

Sputnik Azərbaycan-ın redaktoru Vüsal Azayev də Vətən Müharibəsinin iştirakçısı olub. Vüsal Azayev müharibənin başladığı ilk gündən gördüklərini belə nəq edib: “Müharibənin başlanması barədə xəbəri alan kimi qardaşım və mən hərbi komissarlığa yollandıq. Biz artıq mərhum generalımız Polad Həşimov şəhid olanda müharibə olacağı təqdirdə könüllü iştirakçı olmaq üçün qeydiyyatdan keçmişdik. Rayondakı insanların müharibə başlanmasına verdiyi reaksiya döyüşə gedənlərə əlavə stimul verirdi. Yol boyu insanlar əllərinə keçən zəruri ərzaqları hərbçiləri daşıyan maşınların içinə atırdı. Biz anlayırdıq ki, tək deyilik, bütün bu insanlar bizi dəstəkləyir. Döyüşdə olduğum ilk gün mühasirəyə düşdük. O mühasirədən uğurla çıxdıq. Qürur verən bir amil də bizdən yüksək rütbə daşıyan hərbçilərin bizimlə bərabər döyüşə atılması idi. Müharibədə olduğum müddətdə Ermənistan sərhədinə qədər döyüş yolu keçmişəm. Çox təssüf ki, bölüyümüzün 15 şəhidi oldu. Lazım gəldi və yaranmış tarixi, hərbi şəraitdən uğurla istifadə edib düşmən təxribatını hərbi qələbəmizlə sonlandırdıq”.

Vüsal Azayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

25

Bu gün şəhərə çıxmayın, dezinfeksiya aparılır!

0
İstifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

BAKI, 25 sentyabr — Sputnik. Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Sputnik Azərbaycan-a bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdə bildirilir ki, ölkə vətəndaşlarının koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində şəhərin bütün rayonlarında ictimai nəqliyyat, ticarət və digər obyektlərdə, qapalı yerlərdə gündəlik reydlər və maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriləcək.

"Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər".

Həmçinin oxuyun:

İki gün keçmədi, Bakı məktəblərində yüksək temperatur qeydə alındı

0
Teqlər:
dezinfeksiya