Pərviz Musayev

“Neftçi” “Qarabağ”ın səfərdə qələbə şansı varmı? Pərviz Musayev açıqlayır

19
(Yenilənib 10:20 27.08.2021)
İdman şərhçisi Pərviz Musayev bildirib ki, komandamızın öz oyununu daha yaxşı göstərmək üçün şansı olacaq

Pərviz Musayev: “Bu komanda texnikalı və bol ötüürməli oyunu sevir”
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirəcəklər. “Ağ-qaralar" İsraildə Hayfa "Makkabi"sinin, "köhlən atlar" isə Şotlandiyada "Aberdin"in qonağı olacaq.

İdman şərhçisi Pərviz Musayev Sputnik Azərbaycan-a komadalarımızın bu mərhələdəki şanslarını dəyərləndirib.

O bildirib ki, “Neftçi” Bakıda keçirilən oyunda səfər görüşündə müsbət nəticə əldə oluna biləcəyinə ümid yaratdı: “Bakıda keçirilən oyunda kondamız hesabda geri düşsə də sonradan üç qol vurmaqla önə çıxmışdı. Lakin qırmızı vərəqədən sonra rəqib iki qol vurmaqla hesabı bərabərləşdirməyə nail oldu. Səfərdə də komandamız hesab geri düşərsə, təbii ki, qırmızı vərəqə olmazsa, hesabı öz xeyrinə dəyişməyi bacaracağına inanıram. “Qarabağ” haqqında isə danışarkən meydanın ot örtüyü amilini qeyd etmək istəyirəm. Bu komanda texnikalı və bol ötürməli oyunu sevir. Bu baxımdan komandamızın öz oyununu daha yaxşı göstərmək üçün şansı olacaq. Ümumillikdə “Qarabağ”la bağlı daha nikbinəm”.

Pərviz Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

19
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ böyük potensial mövcuddur”

5
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Mikayıl Cabbarov: “Xarici şirkətləri həyata keçirilən layihələrdə iştiraka dəvət edirik”

“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5

Ruslan Mirsayapov: “Azərbaycan şirkətləri bizə tez -tez müraciət edir”

10
(Yenilənib 14:47 23.09.2021)
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb
Ruslan Mirsayapov: “Azərbaycan və Rusiya strateji tərəfdaşdır”

“Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

O bildirib ki, ölkələrimizin prezidentləri iqtisadi sahə də daxil olmaqla ikitərəfli dialoqun inkişafına böyük əhəmiyyət verirlər: “Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb. Rusiya Ticarət Nümayəndəliyi dövlət strukturudur. Onun vəzifəsi xarici ölkələrə Rusiya ixracını təşviq etmək üçün resurslarımızdan doğru istifadə etməkdir. Rusiyada tərəfdaş axtaran Azərbaycan şirkətləri həm məhsulların alınması, həm də çatdırılması üçün bizə tez -tez müraciət edir”.

Qeyd edək ki, cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.

Ruslan Mirsayapovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

0
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

0
Teqlər:
Gürcüstan