Politoloq Elşən Manafov

Politoloq: “Hər şey “Taliban”ın özünü necə aparmasından asılı olacaq”

40
(Yenilənib 16:55 24.08.2021)
Politoloq Elşən Manafov deyir ki, Əfqanıstandan miqrant axını olarsa, bunun Azərbaycana təsir edəcəyini istisna edir
Elşən Manafov: “Əfqanıstanda baş verənlər diqqət mərkəzindədir”

Əfqanıstanda baş verən son proseslər ölkəni humanitar fəlakətlə üz-üzə qoyub. Minlərlə Əfqanıstan vətəndaşı ölkəni tərk etmək üçün müxtəif yollara baş vurur. Artıq bəzi ölkələr Əfqanıstandan miqrant qəbul etməyəcəklərini açıqlayıblar.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, Əfqanıstanda baş verənlər həm də beynəlxalq birliyin diqqət mərkəzindədir: “Əfqanıstanda baş verənlər bu ölkədən miqrant axınının güclənməsinə səbəb olmaya bilməz. “Taliban” hakimiyyəti dövründə Əfqanıstanda ümumdaxili məhsulun azalacağı və ölkənin korrupsiya bataqlığına yuvarlanacağı güman edilir. Bu mənada Əfqanıstanda bundan sonra baş verəcəklər “Taliban” hökumətinin özünü necə aparmasından və bölgənin aparıcı dövlətləri ilə olan danışıqlarından asılı olacaq. Amma Əfqanıstandan miqrant axını olarsa, bunun Azərbaycana təsir edəcəyini istisna edirəm”.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

40
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

6
(Yenilənib 14:43 16.09.2021)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb

Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.

O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.

Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.

Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6
İqtisadçı-ekspert Rəşad Həsənov

Azərbaycanın keyfiyyətli benzin istehsalı imkanlarının perspektivi varmı? ekspert şərhi

567
(Yenilənib 16:28 15.09.2021)
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 25-30 mlrd dollar sərf edilib benzin istehsal edə biləcək böyük zavodlar qurulsun
Rəşad Həsənov: “Hələlik qarşıya qoyulan hədəflərə nail olunmayıb”

Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır. Bunu Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Sputnik Azərbaycan ölkəmizdə bu marka benzin növlərinin istehsalı perspektivləri və səmərəliliyi ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

İqtisadçı bildirib ki, Azərbaycan yüksək oktanlı keyfiyyətli benzin növlərinin istehsalını planlayırdı: “İri neft gəlirləri dövründə belə bir plan mövcud idi. Lakin sonradan neft qiymətlərinin kəskin ucuzlaşması, devalvasiyalar, iqtisadi ressessiyalar və Azərbaycanda neft hasilatının sürətlə azalması prosesi böyük investisiyalar yatırmaqla yeni zavodun qurulması imkanlarını məhdudlaşdırdı. Bu dəfə isə mövcud zavodların rekonstruksiyası yolu iə keyfiyyətli benzinin istehsalı hədəfə qoyuldu. Amma hələlik də qarşıya qoyulan hədəflərə nail olunmayıb. Mən bir iqtisadçı kimi tərəfdarı deyiləm ki, 25-30 mlrd dollar sərf edilib benzin istehsal edə biləcək böyük zavodlar qurulsun. Burada artıq marjinal baxışlara ehtiyac var. Ölkənin qarşısında duran problemlərə nəzər saldıqda bu dərəcə böyük vəsaitin sərf edilməsi ağla batan deyil”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

567
Kimsəsiz insanlar, arxiv şəkli

Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək

0
(Yenilənib 15:20 16.09.2021)
"Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib""Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün əməkdaşlarımıza təlimat verilib"

BAKI, 16 sentyabr — Sputnik. Sosial Xidmətlər Agentliyi küçədə gecələyən xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı açıqlama verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Agentliyin mətbuat katibi Murad Haşımov bildirib ki, bu barədə sosial şəbəkədəki paylaşımlara əsasən dərhal məsələ nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat paylaşılır. Onun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir. Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub. Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib".

Haşımov bildirib ki, onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb olunması üçün Agentliyin əməkdaşlarına təlimat verilib.

"Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq. Məlumat verən hər kəsə təşəkkür edirik!", - deyə Sosial Xidmətlər Agentliyinin rəsmisi bildirib. 

 

0