Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov

Vüqar Bayramov: “Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir”

20
(Yenilənib 14:43 24.08.2021)
Millət vəkili Vüqar Bayramov deyib ki, Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var
Vüqar Bayramov: “Bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb”

“Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb”.  Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri sosial media hesabında millət vəkili Vüqar Bayramov bölüşüb.

Millət vəkili bildirib ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklada bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib: “Bu o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2.3 faiz artıb. Problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb. Eyni zamanda, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Vüqar Bayramovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

20
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin (İSAY İB) sədri Eyyub Kərimli

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini açıqlayır

7
(Yenilənib 15:07 18.09.2021)
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi
Eyyub Kərimli: “Bu azalma müvəqqəti haldır”

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

İqtisadçı ekspert Eyyub Kərimli Sputnik Azərbaycan-a xarici investisiyaların azalma səbəblərini açıqlayıb. Ekspert bildirib ki, investisiya qoyuluşundakı azalmanın bir neçə önəmli səbəbi var: “İlk olaraq onu deməliyəm ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi. Pandemiyanın iqtisadi fəsadları Avropa ölkələrinə də təsirsiz ötüşmədi. İkinic bir tərəfdən hesab edirəm ki, ölkəmizin ötən il apardığı 44 günlük Vətən Müharibəsi də investisiya qoyuluşlarına öz təsirini göstərib. Belə ki, müharibə gedən ölkələr investorlar üçün risk zonası hesab edilir. Bu da xarici investisiyaların həcminə təsirini göstərə bilər. Amma hesab edirəm ki, bu azalma müvəqqəti haldır və tezliklə işğaldan azad edilmiş ərazilərimizdə investisiya imkanları genişlənəcək”.

Eyyub Kərimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

490
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

490
Doktor, arxiv şəkli

Bakının məşhur xəstəxanasına yeni direktor təyin edilib

0
TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov yeni direktorun təyinatı ilə bağlı müvafiq əmr imzalayıb.

BAKI, 18 sentyabr - Sputnik. Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Eləcə də oxuyun:

0
Teqlər:
xəstəxana, Uroloq, TƏBİB, direktor
Mövzu:
Bakının son xəbərləri