Politoloq: “G7 ölkələri Əfqanıstana humanitar yardım göstərsələr daha faydalı olar”

24
(Yenilənib 16:52 23.08.2021)
Politoloq Tofiq Abbasov deyir ki, ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etməsi də, qərbin bu mövzuda səriştəsizliyini bir daha göstərdi
Tofiq Abbasov: “Onlar gərək Əfqanıstanda humanitar fəlakətin qarşısını alsın”

ABŞ prezidenti Co Bayden 24 avqust tarixində G7 ölkələrinin liderləri ilə onlayn görüşdə Əfqanıstanda baş verən məsələləri müzakirə edəcək. Bu barədə Ağ Evin sözçüsü Yen Psaki məlumat verib.

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, qərb ölkələri münaqişlərə müdaxilə etdikdə həmişə çalışırlar öz strateji maraqlarından irəli gələn fikirləri diqqətə çatdırsınlar: “Onlar göstərməyə çalışırlar ki, prosesləri cilovlamağı bacarırlar. Amma son onilliyin təcrübəsi də tədqiləyir ki, bu belə deyil. Qərbin kobud müdaxiləsi ağır vəziyyəti daha da ağırlaşdırır. ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etməsi də, Qərbin bu mövzuda səriştəsizliyini bir daha göstərdi. Hesab edirəm ki, bundan sonra G7 ölkələri Əfqanıstana humanitar yardım göstərsələr, bu daha faydalı olar. Onlar gərək Əfqanıstanda humanitar fəlakətin qarşısını alsın”.

Tofiq Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

24

Ekspert ixtisas seçimində edilən yanlışların səbəblərini izah edir

365
(Yenilənib 15:06 24.09.2021)
Təhsil eksperti Kamran Əsədov deyib ki, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər.
Kamran Əsədov: “Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var”

“Çox təəssüflər olsun ki, ali təhsilini başa vuran şəxslərin 42 faizi ixtisası üzrə işləyir”. Bunu Sputnik Azərbaycan-a abituriyentlərin ixtisas seçimi ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert sözlərinə görə, bu o deməkdir ki, bizim mütəxəssislərimizin keyfiyyəti 50 faizin altındadır: “Ali təhsil müəssisələrini bitirən şəxslər öz sahələri üzrə çalışmırlar. Bunun əsas səbəbi həmin şəxslərin ixtisaslarını doğru seçməməsidir. Belə şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər. Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var. Orta məkətblərin 9-11-ci siniflərində təhsil alan şagirdlərə öz sahəsində uğur qazanmış şəxslərin görüşləri təşkil edilməlidir. Valideynlər düşünür ki, övladlarının gələcək uğuru yalnız ali təhsildən asılıdır”.

Kamran Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

365
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

10
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES