Ekspert ən çox seçilən ixtisasları açıqladı

34
(Yenilənib 16:19 20.08.2021)
Təhsil eksperti İlqar Orucov bildirir ki, bütün bunlar da həmin ixtisas sahiblərinin özlərini əmək bazarında reallaşdıra bilmə imkanları ilə bağlıdır
İlqar Orucov: “Dünyada aparıcı ixtisaslardan hesab olunan mühəndisliyə yönəlmirlər”

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb. Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

Təhsil eksperti İlqar Orucov Sputnik Azərbaycan-a ixtisas seçimi mərhələsi ilə bağlı fikirlərini bölüşüb. Ekspert bildirib ki, son illıər yüksək bal toplamış abituriyentlər əsasən neft-qaz və sənaye yönümlü ixtisaslarla bağlı seçimlər edirlər: “Eyni zamanda informasiya texnologiyaları və təhlüksəziliyi ilə bağlı ixtisaslar da abituriyentlərin seçimində önəmli yer tutur. Bütün bunlar da həmin ixtisas sahiblərinin özlərini əmək bazarında reallaşdıra bilmə imkanları ilə bağlıdır. Təəssüfləndirici məqamlar odur ki, dünyada aparıcı ixtisaslardan hesab olunan mühəndisliyə yönəlmirlər. Bunun da təbii səbəbləri var. Eyni zamanda aqrar və turizm sahəsi ilə bağlı ixtisaslar da seçimlərdə önəmli yer qazanır”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

34

Ekspert ixtisas seçimində edilən yanlışların səbəblərini izah edir

364
(Yenilənib 15:06 24.09.2021)
Təhsil eksperti Kamran Əsədov deyib ki, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər.
Kamran Əsədov: “Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var”

“Çox təəssüflər olsun ki, ali təhsilini başa vuran şəxslərin 42 faizi ixtisası üzrə işləyir”. Bunu Sputnik Azərbaycan-a abituriyentlərin ixtisas seçimi ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert sözlərinə görə, bu o deməkdir ki, bizim mütəxəssislərimizin keyfiyyəti 50 faizin altındadır: “Ali təhsil müəssisələrini bitirən şəxslər öz sahələri üzrə çalışmırlar. Bunun əsas səbəbi həmin şəxslərin ixtisaslarını doğru seçməməsidir. Belə şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər. Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var. Orta məkətblərin 9-11-ci siniflərində təhsil alan şagirdlərə öz sahəsində uğur qazanmış şəxslərin görüşləri təşkil edilməlidir. Valideynlər düşünür ki, övladlarının gələcək uğuru yalnız ali təhsildən asılıdır”.

Kamran Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

364
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

10
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES