Media eksperti Azər Həsrət

Jurnalistika ixtisası üçün qabiliyyət imtahanı vacibdirmi? media eksperti şərh edir

34
(Yenilənib 16:05 20.08.2021)
Media eksperti Azər Həsrət bildirib ki, bəzən uzun illər jurnalistika sahəsində çalışanların belə yazmaq və özünü ifadə etmək qabiliyyətinin aşağı olduğunu görürük
Azər Həsrət: “Jurnalistika təkcə yazı qabiliyyəti ilə ölçülməməlidir”

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan media eksperti Azər Həsrət bildirib ki, bəzi insanlar yazı qabiliyyəti olmayan şəxslərin jurnalist ola bilməyəcəyini deyir: “Bəziləri də deyir ki, jurnalistika təkcə yazı qabiliyyəti ilə ölçülməməlidir. Mənə görə jurnalistika ixtisası üçün qabiliyyət imtahanı olmalıdır. Ona görə ki, 3-5 cümləni yaza bilən insanları aşkar edib onları jurnalistikaya yönəltməliyik. Bəzən uzun illər jurnalistika sahəsində çalışanların belə yazmaq və özünü ifadə etmək qabiliyyətinin aşağı olduğunu görürük. Amma məncə gələcəkdə jurnalistikada qabiliyyət imtahanına ehtiyac olamaycaq”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

34
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

150
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

150

Orxan Məmmədov: “KOBİA özünüməşğulluq proqramına dəstək göstərir”

7
(Yenilənib 16:20 17.09.2021)
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, agentlik tərəfindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib
Orxan Məmmədov: “Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”

“KOBİA özünüməşğulluq proqramına dəstək göstərir və ötən dövrdə 400-dən çox vətəndaşın proqrama qoşulmasına KOBİA tərəfindən dəstək təmin edilib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Azərbaycanda sosial sahibkarlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda Forumundakı çıxışı zamanı deyib.

O bildirib ki, əlilliyi olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi üçün onlar Agentliyin dəstəyi ilə təlimlərə cəlb olunur: “Agentlik tərəfindən əlilliyi olan şəxslərin əl işlərinin satışına müxtəlif sərgilər çərçivəsində dəstək göstərilib. KOBİA “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə səmərəli əməkdaşlıq edir. Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu”nu çərçivəsində KOBİA-nın çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb. Artıq 38 sahibkarlıq subyekti tərəfindən 73 nəfər işlə təmin edilib”.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Sahibkar Maqsud Mahmudov

Qalmaqallı lombard sahibi Azərbaycana təhvil verildi

0
MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb.

BAKI, 18 sentyabr — Sputnik. 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilən Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir. 

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. 

Qeyd edək ki, MTN generalı Akif Çovdarovun məhkəməsində özünü zərərçəkmiş kimi təqdim edən M.Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı yerli mətbuatda xəbərlər də dərc olunmuşdu. O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub. Üstəlik, onun 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında üç dəfə müalicəyə qəbul edildiyi, iki dəfə oradan qaçdığı bildirilir.

Bir müddət öncə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Respublikasının Baş Prokurorluğuna verdiyi sorğular təmin edilib və nəticədə oğurluqda təqsirləndirilən Elxan Hüseynli və Avcı Əmrah Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilibr.

Eləcə də oxuyun:

0