Paralimpiya çempionu Oloxan Musayev

Oloxan Musayev: “Biz bu oyunlara ən güclü, həm böyük heyətlə gedirik”

29
(Yenilənib 14:52 20.08.2021)
Paralimpiya çempionu Oloxan Musayev deyib ki, pandemiya dövrü olmasına baxmayaraq, paralimpiyaçılar yarışa yaxşı hazırlaşıb
Oloxan Musayev: ““Tokio-2020”-yə yüksək əhval-ruhiyyə ilə yola düşürük”

“Paralimpiya çempionu kimi onu deyə bilərəm ki, “Tokio-2020”-yə yüksək əhval-ruhiyyə ilə yola düşürük. Pandemiya dövrü olmasına baxmayaraq, biz paralimpiyaçılar yarışa yaxşı hazırlaşmışıq. Türkiyədə və Dubayda yüksək səviyyədə təlim-məşq toplantıları keçmişik. İnşallah, Vətənə medallarla dönəcəyik”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycanın paralimpiya yığmasının yolasalma mərasimində komandanın üzvü, Paralimpiya çempionu Oloxan Musayev jurnalistlərə açıqlamasında söyləyib.

O deyib: “Biz bu oyunlara ən güclü, həm də böyük heyətlə gedirik. Əvvəlki illərdən fərqli olaraq, Tokioya rekord sayda lisenziya qazanmışıq. 36 lisenziya az deyil. İnanıram ki, üçrəngli bayrağımızı Tokioda yüksəklərə qaldıracağıq”.

Oloxan Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

29

Ekspert ixtisas seçimində edilən yanlışların səbəblərini izah edir

361
(Yenilənib 15:06 24.09.2021)
Təhsil eksperti Kamran Əsədov deyib ki, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər.
Kamran Əsədov: “Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var”

“Çox təəssüflər olsun ki, ali təhsilini başa vuran şəxslərin 42 faizi ixtisası üzrə işləyir”. Bunu Sputnik Azərbaycan-a abituriyentlərin ixtisas seçimi ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert sözlərinə görə, bu o deməkdir ki, bizim mütəxəssislərimizin keyfiyyəti 50 faizin altındadır: “Ali təhsil müəssisələrini bitirən şəxslər öz sahələri üzrə çalışmırlar. Bunun əsas səbəbi həmin şəxslərin ixtisaslarını doğru seçməməsidir. Belə şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər. Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var. Orta məkətblərin 9-11-ci siniflərində təhsil alan şagirdlərə öz sahəsində uğur qazanmış şəxslərin görüşləri təşkil edilməlidir. Valideynlər düşünür ki, övladlarının gələcək uğuru yalnız ali təhsildən asılıdır”.

Kamran Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

361
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

10
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

40
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

40
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi