Politoloq: “Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacağını düşünürsə, yanılır”

28
(Yenilənib 17:04 18.08.2021)
Politoloq Fikrət Sadıxov bildirib ki, bu gün “Taliban” Əfqanıstana nəzarət edir və bu reallıqla hesablaşmaq lazımdır
Fikrət Sadıxov: “Əfqanıstanda bu vəziyyət hələ uzun müddət davam edəcək”

ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.

Əfqanıstanda baş verənləri Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Əfqanıstan bu gün sanki böyük dövlətlərin toqquşma menydanına çevrilir: “Böyük güclərin burada müxtəlif maraqları var. Bu maraqlar bəzi hallarda üst-üstə düşsə də bir çox hallarda toqquşur. Düşünürəm ki, Əfqanıstanda bu vəziyyət hələ uzun müddət davam edəcək. Kimsə Əfqanıstanda tezliklə stabilliyin yaranacığını düşünürsə, yanılır. Bu gün “Taliban” Əfqanıstana nəzarət edir və bu reallıqla hesablaşmaq lazımdır”.

Politoloqun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

28

Ekspert ixtisas seçimində edilən yanlışların səbəblərini izah edir

362
(Yenilənib 15:06 24.09.2021)
Təhsil eksperti Kamran Əsədov deyib ki, ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər.
Kamran Əsədov: “Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var”

“Çox təəssüflər olsun ki, ali təhsilini başa vuran şəxslərin 42 faizi ixtisası üzrə işləyir”. Bunu Sputnik Azərbaycan-a abituriyentlərin ixtisas seçimi ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert sözlərinə görə, bu o deməkdir ki, bizim mütəxəssislərimizin keyfiyyəti 50 faizin altındadır: “Ali təhsil müəssisələrini bitirən şəxslər öz sahələri üzrə çalışmırlar. Bunun əsas səbəbi həmin şəxslərin ixtisaslarını doğru seçməməsidir. Belə şəxslər ali təhsil müəssisəsinə qəbul olunmaq üçün tələb olunan keçid balını toplayırlar və nə olursa-olsun təhsil almaq üçün ixtisas seçimi edirlər. Bunun qarşısını almaq üçün mütəxəssislərə ehtiyac var. Orta məkətblərin 9-11-ci siniflərində təhsil alan şagirdlərə öz sahəsində uğur qazanmış şəxslərin görüşləri təşkil edilməlidir. Valideynlər düşünür ki, övladlarının gələcək uğuru yalnız ali təhsildən asılıdır”.

Kamran Əsədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

362
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

10
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

0
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

0
Teqlər:
Ceyhun Bayramov, BQXK