Elşən Süleymanov vaksinlərin saxlanma şəraitindən danışır

23
(Yenilənib 17:16 13.08.2021)
İnnovasiya və Təchizat Mərkəzinin direktoru Elşən Süleymanov deyib ki, vaksinlərin saxlanma şəraiti pozularsa, onu yenidən dondurmaq olmaz
Elşən Süleymanov: “Mərkəzimizdə bütün vaksinlərin saxlanılması üçün şərait yaradılıb”

"Respublikamıza gətirilən vaksinlər Səhiyyə Nazirliyinin anbarlarında xüsusi soyuducularda saxlanılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Təchizat Mərkəzinin direktoru Elşən Süleymanov deyib.

O bildirib ki, son alınmış  məlumata görə vaksinlər müsbət 1-2 dərəcədə də 31 gün ərzində saxlanıla bilər: “Vaksinlərin saxlanma şəraiti pozularsa, onu yenidən dondurmaq olmaz. Bu istehsalçının tələbidir. Mərkəzimizdə bütün vaksinlərin saxlanılması üçün şərait yaradılıb. Dondurucularda temperatur lazım olan həddən artıq olarsa, xüsusi siqnallarlar vasitəsilə məlumat verilir”.

Elşən Süleymanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

23
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ böyük potensial mövcuddur”

6
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Mikayıl Cabbarov: “Xarici şirkətləri həyata keçirilən layihələrdə iştiraka dəvət edirik”

“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

6

Ruslan Mirsayapov: “Azərbaycan şirkətləri bizə tez -tez müraciət edir”

11
(Yenilənib 14:47 23.09.2021)
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb
Ruslan Mirsayapov: “Azərbaycan və Rusiya strateji tərəfdaşdır”

“Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

O bildirib ki, ölkələrimizin prezidentləri iqtisadi sahə də daxil olmaqla ikitərəfli dialoqun inkişafına böyük əhəmiyyət verirlər: “Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb. Rusiya Ticarət Nümayəndəliyi dövlət strukturudur. Onun vəzifəsi xarici ölkələrə Rusiya ixracını təşviq etmək üçün resurslarımızdan doğru istifadə etməkdir. Rusiyada tərəfdaş axtaran Azərbaycan şirkətləri həm məhsulların alınması, həm də çatdırılması üçün bizə tez -tez müraciət edir”.

Qeyd edək ki, cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.

Ruslan Mirsayapovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

0
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

0
Teqlər:
Bülbül