Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “İpoteka kreditlərinin verilmə şərtləri nəzərəçarpacaq dərəcədə yaxşılaşıb”

© Sputnik / Murad OrujovПредседатель Союза риелторов Азербайджана Эльнур Азадов
Председатель Союза риелторов Азербайджана Эльнур Азадов - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, dövlət 2006-cı ildən başlayaraq əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə ipoteka proqramını işə salıb.
Elnur Azadov: “Ölkə vətəndaşlarının yaşayış keyfiyyəti yaxşılaşır”
Azərbaycanda ipoteka kreditlərinin artması ilk növbədə son bir neçə ildə bu kreditlərin verilmə şərtlərinin və həmin sahədə xidmətlərin yaxşılaşması ilə bağlıdır. Bu barədə Sputnik Azərbaycan-a əmlak məsələləri üzrə ekspert Elnur Azadov məlumat verib.
Azərbaycan Respublikası Mərkəzi Bankının statistikasına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ipoteka kreditlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 75,4% artıb. Xüsusən də 2021-ci ilin birinci yarısında Azərbaycan bankları tərəfindən 32,8 milyon manatlıq belə kredit verilib.
“2006-cı ildən başlayaraq əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə ipoteka proqramı işə salınıb. Proqramın icrasına başlanıldığı il bu, sadəcə, mövcud mənzil fonduna yönəldilmiş ipotekadan ibarət idi, sonradan müəyyən irəliləyişlər baş verdi və yeni tikilmiş binalar proqrama cəlb olundu. İpotekanın yaxşı tərəfi ondan ibarətdir ki, ölkə vətəndaşlarının yaşayış keyfiyyətini yaxşılaşdırır. Hazırda Azərbaycanın iri şəhərlərində ümumi mənzil fonduna daxil olan mənzillərin 17-18 faizi icarəyə verilir. Bu kifayət qədər yüksək göstəricidir, ancaq eyni zamanda, ölkədə urbanizasiya prosesinin getdiyini də nəzərə almaq lazımdır”, – deyə Azadov qeyd edib.
Ekspertin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0