CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emil Qasımov: “Öncəki dalğalarda bu qədər böyrək çatışmazlığı görülmürdü”

© Photo : Courtesy of Emil Gasymov“Yeni klinika”nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov
“Yeni klinika”nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
“Yeni klinika”nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyir ki, xəstələr reanimasiyaya daxil olduqda artıq kəskin böyrək zədəsi, ciddi kreatin artışları müəyyən edilir
Emil Qasımov: “İstifadə etdiyimiz peyvəndlər yüzdə əlli qoruyur”
Ölkədə COVİD-19 virusuna yoluxanların sayında ciddi artım var. Artıq bir neçə gündür yoluxma sayı 2 mindən çoxdur.
Sputnik Azərbaycan xəbər verir ki, “Yeni klinika”nın Reanimasiya şöbəsinin müdiri Emil Qasımov AZƏRTAC-a açıqlamasında ağırlaşmış, ağciyərində ciddi tutulumu olan xəstələrin sayında artış müşahidə edildiyini bildirib.
O deyib ki, artıq reanimasiya şöbəsi isə xəstələrlə doludur: “Bu dəfəki mərhələdə yoluxanlarda rast gəlinən ayrıca bir özəllik var ki, bu da ciddi böyrək çatışmazlıqlarıdır. Xəstələr reanimasiyaya daxil olduqda artıq kəskin böyrək zədəsi, ciddi kreatin artışları müəyyən edilir. Əlbəttə bu da xəstlərin müalicəsini çətinləşdirir. Öncəki dalğalarda bu qədər böyrək çatışmazlığı görülmürdü, bu hər halda yeni dalğanın özəlliklərindən biridir.  Burada ən kiçik xəstənin 1 yaşı var, digərləri isə 30, 40 və 50 yaşdan yuxarı xəstələrdir. Peyvəndli ağrılaşmış ciddi xəstə görmürük. İstifadə etdiyimiz peyvəndlər yüzdə əlli qoruyur”.
Emil Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0