Илькин Ибрагимов - Эксперт по вопросам страхования

Ekspert: “Vətəndaşlar bir çox hallarda sığorta haqqında məlumatsız olurlar”

54
(Yenilənib 09:52 30.07.2021)
Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, vətəndaşların həm daşınan, həm daşınmaz əmlaklarının sığortalanmasının zərurətinin xatırladılması təqdirə layiqdir
İlkin İbrahimov: “Vətəndaşların məlumatlandırılması yaxşı haldır”

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) son vaxtlar ölkənin müxtəlif ərazilərində qeydə alınan silsilə yanğın hadisələri ilə əlaqədar vətəndaşlara və sahibkarlara müraciət edib.

Sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a deyir ki, vətəndaşlara müraciət və onların əvvəlcədən məlumatlandırılması yaxşı haldır: “Havaların dəyişməsi ilə bağlı olaraq vətəndaşların həm daşınan, həm daşınmaz əmlaklarının sığortalanmasının zərurətinin xatırladılması təqdirə layiqdir. Vətəndaşlar bir çox hallarda sığorta haqqında məlumatsız olurlar, bəzən isə vaxt probleminə görə sığortaya o qədər də önəm vermirlər. Biz də vətəndaşlara sığortanın əhəmiyyətini xatırladaraq, mülkiyyətlərini mütləq sığortalamağı tövsiyə edirik”.

İlkin İbrahimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

54
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ böyük potensial mövcuddur”

5
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Mikayıl Cabbarov: “Xarici şirkətləri həyata keçirilən layihələrdə iştiraka dəvət edirik”

“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5

Ruslan Mirsayapov: “Azərbaycan şirkətləri bizə tez -tez müraciət edir”

10
(Yenilənib 14:47 23.09.2021)
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib ki, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb
Ruslan Mirsayapov: “Azərbaycan və Rusiya strateji tərəfdaşdır”

“Azərbaycan və Rusiya strateji tərəfdaşdır. Gələn il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

O bildirib ki, ölkələrimizin prezidentləri iqtisadi sahə də daxil olmaqla ikitərəfli dialoqun inkişafına böyük əhəmiyyət verirlər: “Dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın prioritet sahələrinə dair altı yol xəritəsi imzalanıb. Rusiya Ticarət Nümayəndəliyi dövlət strukturudur. Onun vəzifəsi xarici ölkələrə Rusiya ixracını təşviq etmək üçün resurslarımızdan doğru istifadə etməkdir. Rusiyada tərəfdaş axtaran Azərbaycan şirkətləri həm məhsulların alınması, həm də çatdırılması üçün bizə tez -tez müraciət edir”.

Qeyd edək ki, cari ilin birinci yarısı Rusiya və Azərbaycan biznes nümayəndələri arasında sıx əlaqələrlə xarakterizə olunub. Rusiya Azərbaycandan qeyri-neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutub.

Ruslan Mirsayapovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Rusiyalı adamları Azərbaycana investisiyanı artırmaq niyyətindədir

0
Azərbaycan və Rusiya uzunmüddətli ortaqlıqlar qurmaq niyyətindədir. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov Sputnik Azərbaycan-da keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanlı istehsalçılar da öz növbəsində Rusiyaya meyvə-tərəvəz, kimyəvi və qida məhsulları ixrac edirlər.

Yeri gəlmişkən, Azərbaycan plastmasının və ondan hazırlanan məhsulların qonşu ölkəyə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bu il 3,6 dəfə artıb.

Ümumiyyətlə, bu ilin 7 ayında ölkələr arasında ticarət dövriyyəsi 8,2% artaraq əvvəlki iki ilin göstəricilərini üstələyib.

Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın iğşaldan azad edilmiş bölgələrinin sosial-iqtisadi potensialının bərpasında iştirak etmək niyyətindədir. Bu istiqamətdə maşınqayırma, enerji avadanlığı, tikinti materialları sahələri xüsusi maraq kəsb edir.

Digər vacib əməkdaşlıq sahəsi əczaçılıqdır.

 

0
Teqlər:
Rusiya, iş adamları