Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov

Vüqar Behbudov: “3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib”

11
(Yenilənib 09:43 30.07.2021)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov deyib ki, hazırda səyyar sosial reabilitasiya xidmətinə 18 nəfər uşaq cəlb olunub
Vüqar Behbudov: “Bu xidmətə ehtiyacı olan uşaqlar üçün işlər görüləcək”

“Postmüharibə dövründə 3000-dən çox ailəyə sosial-psixoloji dəstək göstərilib. Psixoloji xidmətlə bağlı 70 zəng psixoloqa yönləndirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu il şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulan 3000 evdən 1 300-ü artıq təqdim olunub: “Proses davam etdirilir. Bölgələrdə də 460 fərdi evin tikintisinə başlanılıb. Hazırda səyyar sosial reabilitasiya xidmətinə 18 nəfər uşaq cəlb olunub. İlin sonuna qədər Bakının bütün rayonları üzrə bu xidmətə ehtiyacı olan uşaqlar üçün işlər görüləcək”.

Vüqar Behbudovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
İqtisadçı-ekspert Rəşad Həsənov

Azərbaycanın keyfiyyətli benzin istehsalı imkanlarının perspektivi varmı? ekspert şərhi

567
(Yenilənib 16:28 15.09.2021)
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, 25-30 mlrd dollar sərf edilib benzin istehsal edə biləcək böyük zavodlar qurulsun
Rəşad Həsənov: “Hələlik qarşıya qoyulan hədəflərə nail olunmayıb”

Azərbaycanda “A-98 SUPER” və “A-95 PREMİUM” yanacaq növlərinin bahalaşması mənbə ölkədə qiymət artımı ilə əlaqədardır. Bunu Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi - “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Sputnik Azərbaycan ölkəmizdə bu marka benzin növlərinin istehsalı perspektivləri və səmərəliliyi ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

İqtisadçı bildirib ki, Azərbaycan yüksək oktanlı keyfiyyətli benzin növlərinin istehsalını planlayırdı: “İri neft gəlirləri dövründə belə bir plan mövcud idi. Lakin sonradan neft qiymətlərinin kəskin ucuzlaşması, devalvasiyalar, iqtisadi ressessiyalar və Azərbaycanda neft hasilatının sürətlə azalması prosesi böyük investisiyalar yatırmaqla yeni zavodun qurulması imkanlarını məhdudlaşdırdı. Bu dəfə isə mövcud zavodların rekonstruksiyası yolu iə keyfiyyətli benzinin istehsalı hədəfə qoyuldu. Amma hələlik də qarşıya qoyulan hədəflərə nail olunmayıb. Mən bir iqtisadçı kimi tərəfdarı deyiləm ki, 25-30 mlrd dollar sərf edilib benzin istehsal edə biləcək böyük zavodlar qurulsun. Burada artıq marjinal baxışlara ehtiyac var. Ölkənin qarşısında duran problemlərə nəzər saldıqda bu dərəcə böyük vəsaitin sərf edilməsi ağla batan deyil”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

567
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov

Emin Hüseynov: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər”

14
(Yenilənib 16:23 15.09.2021)
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır
Emin Hüseynov: “Biz o irsi, o mirası qoruyub saxlamışıq”

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, "ermənilər Ağdamı xarabalığa çevirib" dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib. Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.

Emin Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14

İƏT nümayəndə heyəti Şuşa şəhərindədir

0
(Yenilənib 14:39 16.09.2021)
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

BAKI, 16 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərindədir.

11:11

Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.

"Report"un xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.

Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.

Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib. Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.

Həmçinin oxuyun:

Əliyev İƏT-ə səsləndi - Sizi də görmək istərdik

Şuşa yeni festivala hazırlaşır

Şuşa yolunun inşası tamamlanmaq üzrədir

0
Teqlər:
zərif cins, sosial