CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nüsrət Abdullayev: “Bakı metrosunda köhnə ventilyatorları yeniləri ilə əvəz etmişik”

© Photo : AZƏRTAC“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev    - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib ki, köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi
Nüsrət Abdullayev: “Biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk”

“Bu gün Bakı metrosunda 121 ventilyator var. Onlardan 12-si yollararasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

“Son 3 ildə köhnə ventilyatorlarımızı yeniləri ilə əvəz etmişik. Əlavə olaraq Rusiyadan 23 ventilyator alınıb. Həmçinin 24 hava daşıyıcı qurğular da alınıb. Köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi. Buna baxmayaraq işlək vəziyyətdə idi. Yeni ventilayorlardan fərqli olaraq köhnələr həm güc, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda həm də tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk. Cəmi 32 saniyə lazımdır ki, bu ventilyator axından sovurmaya çevrilsin. Təzə ventilyatorların öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb”, - deyə o bildirib.

Nüsrət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0