İT məsələləri üzrə ekspert Vahid Qasımov

İT eksperti kiber hücumlardakı kəskin artımın səbəbini açıqlayır

25
(Yenilənib 17:27 17.07.2021)
İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başladı
Vahid Qasımov: “Kiber hücumlardan müdafiə üsulları fərqlidir”

2021-ci ilin birinci rübündə texnologiya sahəsində kiberinsidentlərin sayı 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 54 faiz artıb.

Bəs kiber hücumların sayında belə kəskin artımın səbəbləri nədir?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən İT məsələləri üzrə ekspert Vahid Qasımov deyir ki, pandemiya ilə əlaqədar olaraq onlayn xidmətlərdən istifadə kəskin artıb: “Əvvəl heç bir onlayn xidmət göstərməyən müəssisələr də bu rejimdə fəaliyyət göstərməyə məcbur oldular. Onlayn xidmətlərdən istifadə edənlərin sayının artması ilə paralel olaraq kiber hücumlar da artmağa başladı. Dələduzluq həmişə var və bunun üçün imkanlar olduqca, onun sayı artacaq. Bu baxımdan mən kiber hücumların artmasının əsas səbəbini pandemiya ilə bağlı olaraq onlayn aktivliyin artmasına bağlayıram. Bir çox kiber hücum metodu olduğuna görə ondan müdafiə üsulları da fərqlidir”.

Vahid Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

25
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev

Nüsrət Abdullayev: “Bakı metrosunda köhnə ventilyatorları yeniləri ilə əvəz etmişik”

11
(Yenilənib 14:33 29.07.2021)
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib ki, köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi
Nüsrət Abdullayev: “Biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk”

“Bu gün Bakı metrosunda 121 ventilyator var. Onlardan 12-si yollararasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

“Son 3 ildə köhnə ventilyatorlarımızı yeniləri ilə əvəz etmişik. Əlavə olaraq Rusiyadan 23 ventilyator alınıb. Həmçinin 24 hava daşıyıcı qurğular da alınıb. Köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi. Buna baxmayaraq işlək vəziyyətdə idi. Yeni ventilayorlardan fərqli olaraq köhnələr həm güc, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda həm də tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk. Cəmi 32 saniyə lazımdır ki, bu ventilyator axından sovurmaya çevrilsin. Təzə ventilyatorların öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb”, - deyə o bildirib.

Nüsrət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Politoloq İlyas Hüseynov

Politoloq Bakı Bəyyanaməsinin önəmini şərh edir

9
(Yenilənib 01:12 29.07.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər
İlyas Hüseynov: “Azərbaycan yanında dost dövlətləri görmək istəyir”

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq Bakı Bəyannaməsi imzalanıb.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a bildirib ki,üçtərəfli Bəyannamənin imzlanması strateji münasibətləri yeni səviyyəyə qaldırır: “Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər. Bu da bizim beynəlxalq müstəvidə olan mövqelərimizi daha da gücləndirirdi. Hazırkı post münaqişə dövründə də Azərbaycan yenə də yanında dost dövlətləri görmək istəyir. Digər tərəfdən bu əməkdaşlıq müstəvisi hərbi və iqtisadi seqmentlərlə də möhkəmləndirilir. Azərbaycan Qafqazda Türkiyə və Pakistan arasında olan kilid nöqtədir. Hər üç dövlətin mövqeyi və strateji baxışı bəllidir”.

İlyas Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9
Bakıda vəziyyət, arxiv şəkli

Avtomobillərin arxa şüşəsinə şüarların vurulması qanunsuzdur

0
(Yenilənib 20:03 29.07.2021)
Avtomobillər arxa şüşələrinə şüarların yazılması, fotoların vurulması digər sürücülərin diqqətini yayındıra bilər

BAKI, 29 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a bu barədə BDYPİ-dən məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur. Bu isə bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olan amillərdəndir: "Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirmək, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər".

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Qeyd edək ki, bir neçə gün öncə də, avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü saxlanılıb. “Facebook” sosial şəbəkəsində yayılan görüntülərdən sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin sürücünün saxlanılması barədə Ekoloji nəzarət bölüyünə tapşırıq verilib. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü konstruksiyaya ciddi dəyişiklik edib.

İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı  avtomobilin sürücüsü  Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib. Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Şəxs Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub.

0