Milli Məclisin deputatı Arzu Nağıyev

Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? Arzu Nağıyev şərh edir

86
(Yenilənib 10:23 18.07.2021)
Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, Ermənistan tərəfi Naxçıvan Muxtar Respublikası və Azərbaycanla dövlət sərhəddində atəşkəsi pozmaqla KTMT-ni bu məsələyə cəlb etmək istəyir
Arzu Nağıyev: “Paşinyan revanşist və radikal qüvvələr tərəfindən təhdid olunur”

Artıq bir neə gündür Azərbaycan Ermənistan sərhəddində atəşkəs pozulur. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılmaslı haqqında məlumat yayır.

Bəs sərhəd zolağında atəşkəsin pozulması nədən qaynalanır?

Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyir ki, son vaxtlar baş verən atəşkəsin pozulması hallarının bir neçə səbəbi var: “Ermənistan tərəfi Naxçıvan Muxtar Respublikası və Azərbaycanla dövlət sərhəddində atəşkəsi pozmaqla KTMT-ni bu məsələyə cəlb etmək istəyir. İkinci önəmli məqam isə sərhədlərin delimitisasiya və demarkasiya prosesi üçün komissiya yaradılmasına mane olmaqdır. Ermənistan bu prosesin də başlamasını istəmir. Ciddi səbəblərdən biri də Paşinyanın Ermənistandakı revanşist və radikal qüvvələr tərəfindən təhdid olunmasıdır. Digər məqam isə odur ki, bu addımlar sülhməramlı qüvvələrin fəaliyyətini gözdən salmağa yönəlib”.

Arzu Nağıyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

86
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

5
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

15
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15