Главный инфекционист Азербайджана Тейяр Эйвазов, фото из архива

Kimlərə vaksinin üçüncü dozası tövsiyə olunur? - Baş infeksionist açıqlayır

16
(Yenilənib 16:49 15.07.2021)
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, 60 yaş üzərində xroniki xəstəlikləri olanlarda immunuitet zəifdir, onlar təkrar yoluxduqları halda ağır keçirə bilərlər
Təyyar Eyvazov: “Bu məcburiyyət deyil, sadəcə həssas qruplara tövsiyədir”

“Koronavirus keçirmiş şəxs 6 ay tamamında icazə verilmiş vaksin vurdurmaqla “İmmun serifikatı”nı müddətsiz edə bilər”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "İmmunitet və Peyvənd sertifikatı " mövzusunda çıxışında deyib. O bildirib ki, 3-cü doza mövcud immuniteti bir qədər də gücləndirir: “Müşahidələr göstərir ki, iki doza vaksin vurduranlarda müəyyən müddət sonra təsir zəifləyə bilir: “Bəzilərində bu, 6 ay və daha çox çəkə bilər. Xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir, daha qısa müddətdə vaksindən sonra təsir keçir. 60 yaş üzərində xroniki xəstəlikləri olanlarda immunuitet zəifdir, onlar təkrar yoluxduqları halda ağır keçirə bilərlər. Ona görə 3-cü dozanın vurulması tövsiyə olunur. Bu məcburiyyət deyil, sadəcə həssas qruplara tövsiyədir. Bundan asılı olmayaraq, “Vaksin sertifikatı”nın müddətsizliyi dəyişmir”.

Təyyar Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”

16
(Yenilənib 16:49 25.07.2021)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, informasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb
Rəşad Məcid: “Belə xaotik vəziyyətdə kimin jurnalist olması sual altındadır”

“Media haqqında qanunlayihəsi KİV redaktorları ilə müzakirə olunub, eyni zamanda MEDİA agentliyi ilə ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə bu qanun layihəsinin müzakirəsi aparılıb”. Bunu Sputnik Azəbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib deyib.

O bildirib ki, yeni qanun layihəsinin hazırlanması labüd idi: “Ona görə ki, indi çox xaotik bir vəziyyət yaranıb. İnformasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb. Belə xaotik vəziyyətdə kimin media qurumu və jurnalist olması sual altındadır. Çox güman ki, parlamentdə baxıldıqdan sonra yaxın illər üçün media haqqında qanun ən optimal variantlardan biri olacaq”.

Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

16
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək”

22
(Yenilənib 17:01 23.07.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı
Mübariz Əhmədoğlu: “Bu məsələdə Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”

“Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Ermənistan kommunikasiyaların açılmasının əleyhinədir: “Bunu da müxtəlif formalarda təqdim edirlər. Ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı. Digər kommunikasiyaların bərpası ilə müqayisədə Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək. Mehri dəmiryolu Moskva-Tehran qatarının getdiyi marşrutdur. Yəni Rusiyanın qatarı İranın və Türkiyənin sərhəddi ilə gedirdi. Bu böyük geosiyasi üstünlükdür. Kommunkasiya məsələsində Azərbaycan tək deyil. Bu məsələlərin irəliləməsində Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22

Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb

44
(Yenilənib 18:40 25.07.2021)
RF lideri bildirib ki, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

BAKI, 25 iyul - Sputnik. Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin zəmanətli müdafiəsi üçün lazımi hər şey var, RF istənilən düşməni tapıb ona zərbə vurmaq qabiliyyətinə malikdir. Bu sölərin müəllifi Rusiya prezidenti Vladimir Putindir.

İyulun 25-də Putin Sankt-Peterburqda Rusiya donanmasının yaradılmasının 325 illiyi şərəfinə Hərbi-dəniz paradında iştirak edib.

"Bu gün Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin, milli maraqlarımızın zəmanətli müdafiəsi üçün lazımi hər şey var. Biz istənilən sualtı, suüstü, hava düşmənini taparaq ona lazım gələrsə, sarsıdıcı zərbə endirmək qabiliyyətindəyik", - o bildirib.

Rusiya daima və uğurlu şəkildə yeni silah növlərini təkmilləşdirir, Putin əlavə edib.

"Rusiya qısa müddətdə aparıcı dəniz dövlətləri sırasında öz layiqli yerini tutdu, bu sahədə böyük inkişaf yolunu keçdi. İndiyədək dünyada analoqları olmayan ən yeni hipersəs yüksək dəqiqlikli silah sistemlərimiz daima və uğurla təkmilləşdirilir", - prezident deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

O əlavə edib ki, donanmada xidmət heç vaxt asan olmasa da, həmişə ən şərəfli və tələb olunan peşələrdən olub.

Həmçinin oxuyun:

Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin

Şimal Donanması NATO Hərbi Dəniz Qüvvələrinə nə ilə cavab verəcək

44