Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Neftçi” “Dinamo”nu keçə biləcəkmi? – Sənan Şəfizadə danışır

© © Facebook / Sanan ShafizadeSənan Şəfizadə
Sənan Şəfizadə - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, bu Çempionlar Liqasında çıxış etmək iddiasında olan komanda üçün problemlər yaradır
Sənan Şəfizadə: “Komandanın hazırlığını 30 faiz kimi qiymətləndirmək olar”

“Neftçi” Gürcüstanın “Dinamo” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə son məşqinə çıxıb.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, “Neftçi” komandası ilk oyunda turnirə hazırlıqlarını tam başa vurmadığını göstərdi: “Hazırda komandanın hazırlığını 30 faiz kimi qiymətləndirmək olar. Bunu da müxtəlif səbəblərlə əlaqələndirmək olar. Gürcüstandan fərqli olaraq Azərbaycanda hələ çempionat başlamayıb. “Neftçi” komandası yoldaşlıq oyunlarından kənar oyun keçirməyib. Eyni zamanda komandanın transfer baxımından güclü bir nəticəsi yoxdur. Bu, Çempionlar Liqasında çıxış etmək iddiasında olan komanda üçün problemlər yaradır”.

Qeyd edək ki, iyulun 14-də keçiriləcək "Neftçi" - "Dinamo" görüşü saat 21:00-da başlayacaq.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0