Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert AQTA-nın monitorinqlərini şərh edir

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov
Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov deyir ki, biznes qurumları şəraiti düzgün qiymətləndirməyərək onlar üçün yaradılmış yaxşı mühitdən istifadə edərək istehlakçıların hüquqlarını pozurlar
Ekspert AQTA-nın monitorinqlərini şərh edir

AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəyi bildirilir.

Sputnik Azərbaycan AQTA-nın apardığı monitorinqlərlə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynovun fikirlərini öyrənib.

Eyyub Hüseynov bildirib ki, ölkəmizdə 5 ilə yaxındır biznes qurumları üçün toxunulmazlıq şəraiti yaranıb: “Bu da biznes qurumların ərkəsöyün obrazını yaradıb. Biznes qurumları şəraiti düzgün qiymətləndirməyərək onlar üçün yaradılmış yaxşı mühitdən istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. AQTA məcburdur ki, əsasnaməsinə görə monitorinqlər aparsın. Lakin bu nə qədər zəruri olsa da, yetərli deyil. AQTA və ictimaiyyət elə bir iş aparmalıdır ki, vəziyyət düzəlsin və administrativ yolla hər hansı müdaxilə olmasın”.

Eyyub Hüseynovin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0