İqtisadçı-ekspert Rəşad Həsənov

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir

15
(Yenilənib 09:46 09.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, orta və uzun müddətli dövrdə ölkə üzrə inzibati ərazi anlayışını müvafiq olaraq iqtisadi rayon anlayışı ilə eyniləşdirmək lazımdır
Rəşad Həsənov: “Yeni yanaşma daha hədəfli və kompaktdır”

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərmanına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın iqtisadi rayonları müəyyən edilərkən işğal altında qalan ərazilərin nəzərə alınması tam olaraq mümkün deyildi: “Həmçinin digər ərazilər üzrə də nöqsanlar var idi. Bu da ərazilər üzrə hədəfli dövlət siyasətinin həyata keçirilməsinə mane olurdu. Yeni yanaşma isə daha hədəfli və kompaktdır. Hesab edirəm ki, orta və uzun müddətli dövrdə ölkə üzrə inzibati ərazi anlayışını müvafiq olaraq iqtisadi rayon anlayışı ilə eyniləşdirmək lazımdır”.

Rəşad Həsənovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

15
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov

Hüquqşünas: “Problemli kreditlərin artım tendensiyası bütün dünyada müşahidə olunur”

5
(Yenilənib 15:59 30.07.2021)
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov deyib ki, dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır
Əkrəm Həsənov: “Bu, biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır”

Azərbaycanda bu il iyulun 1 -nə vaxtı keçmiş kreditlərin məbləği 914,6 milyon manat təşkil edib. Qüsurlu kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb, son bir ildə isə 14,2% azalıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, hazırda problemli kreditlərlə bağlı vəziyyət qeyri-müəyyəndir və problemli kreditlərin artım tendensiyası təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur: “Bu, əhalinin ödəmə qabiliyyətinin zəif olması və biznesin iqtisadi fəallığının aşağı olması ilə əlaqədardır. Ötən il Azərbaycan Mərkəzi Bankı ölkə banklarına həm banklardan, həm də istehlakçılardan belə kreditlərin qaytarılmasını tələb etməməyi tövsiyə etdi. Banklar keçən il bunu dinlədi. Tövsiyələrin müddəti bu il də uzadıldı, lakin banklar bu kreditləri problemli hesab etməyə başladılar. Təbii ki, manatın devalvasiyasına görə 2015 -ci ildən bəri aldığımız problemli kreditlərin həcmi geri qayıtmayacaq. Pandemiya tədricən zəifləyir, iqtisadi aktivlik bərpa olunur. Dövlət müəyyən addımlar atır, amma görünür, yardımın miqdarını artırmaq lazımdır”.

Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5
İqtisadçı, professor Elnur Sadıqov

Professor: “Bitkoinin istifadəsi məqsədəuyğun deyil”

17
(Yenilənib 15:51 30.07.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, dolların siyasi alətə çevrilməsi ölkələri təzyiq altında saxlamağa şərait yaradır
Elnur Sadıqov: “Hazırda bitkoin ABŞ tərəfindən təklif edilir”

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 17,2 faiz qalxıb. Beləliklə, bitkoinin qiyməti 16 iyundan bəri ilk dəfə 40 min dolları keçib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatında davam edən gərginliklər göstərir ki, hələ də vahid ödəniş forması yoxdur: “ABŞ dolları dünya iqtisadiyyatında tətbiq ediləndə kimsə düşünməzdi ki, bu bir gün iqtisadi alətdən siyasi alətə çevriləcək. Dolların siyasi alətə çevrilməsi ölkələri təzyiq altında saxlamağa şərait yaradır. Bu baxımdan yeni maliyyə alətinin tapılmasına ehtiyac var idi. Hazırda bitkoin ABŞ tərəfindən təklif edilir. Ancaq o, dollara nisbətdə qeyri-stabil bir ödəniş vasitəsidir. Bu baxımdan hesab edirəm ki, bitkoinin istifadəsi məqsədəuyğun deyil”.

Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

17
Azərbaycan hərbçiləri, arxiv şəkli

Ermənistan yenə Naxçıvanı atəşə tutub, cavab atəşi ilə susdurulub

3527
(Yenilənib 10:16 02.08.2021)
Müdafiə Nazirliyinin bildirdiyinə görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur, hazırda bu istiqamətdə vəziyyət sabitdir.

BAKI, 2 avqust — Sputnik. Avqustun 2-si saat 03:27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Cavab atəşi ilə qarşı tərəf  susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

--------------

01.08.2021

09:26

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Naxçıvan daha əvvəl də atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz iyulun 19-da da atəşə tutulub, bir hərbi qulluqçumuz yaralanıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Həmin gün Sədərək istiqamətində yerləşən döyüş mövqelərimiz də atəşə tutulub. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Həmçinin oxuyun:

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* MN: Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır

* MN: Azərbaycana məxsus 2 ədəd PUA-nın vurulması ilə bağlı yayılan məlumat yalandır

 

3527