SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: "Post-münaqişə dövründə baş verənlər Ermənistanı narahat edir"

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Politoloq Fikrət Sadıxov bildirir ki, Ermənistanda anlayırlar ki, hazırkı vəziyyətdən Rusiyanın köməyi olmadan çıxmaq mümkünsüzdür
Fikrət Sadıxov: “Ermənistanın gözləntiləri həllini tapa bilmir”

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Görüşdə Rusiya Prezidenti Paşinyanı Ermənistanda keçirilən seçkinin nəticələrinə görə təbrik edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a bildirir ki, Paşinyanın Moskva səfəri haqqında danışarkən demək lazımdır ki, post-münaqişə dövründə baş verənlər Ermənistanı narahat edir: “Ermənistan rəhbərliyi başa düşür ki, bu vəziyyətdən çıxmaq lazımdır. Ermənistanda prioritet məsələ ölkənin inkişafını təmin etməkdir, həm də bunu anlayırlar ki, bu Rusiyanın köməyi olmadan mümkünsüzdür. Bütün stabillik və təhlükəsizliklə bağlı məsələlər Rusiyadan asılıdır. Amma reallıq odur ki, Ermənistanın Rusiyadan olan bəzi gözləntiləri ilə bağlı məsələlər hələ həllini tapa bilmir”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0