Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev

Regional turizmin inkişafı vəd edir? - Fuad Nağıyev açıqladı

10
(Yenilənib 10:47 04.07.2021)
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, layihədə kənd turizmi, e-ticarət, kulinariya , ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq
Fuad Nağıyev: “Bu, dayanıqlı turizmin inkişafına töhfə verəcək”

““Regional İnnovativ Turizm Məhsulu” (RİTM) Azərbaycanda regional turizmə həsr olunmuş ilk startap proqramıdır. Layihədə kənd turizmi, e-ticarət, kulinariya , ümumilikdə bir çox turizm və qonaqpərvərlik sahələrinə aid olan startaplar təşviq olunacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Regional İnnovativ Turizm Məhsulu" (RİTM) proqramının təqdimatında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, regional turizmi inkişaf etdirmək qarşıda duran əsas vəzifələrdəndir: “Regional turizmin inkişafı məşğulluğun artması və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir. Proqram, həmçinin bölgələrimizdə xidmət keyfiyyətinin artırılması , turizm məhsullarının sayının və növünün çoxaldılması , həm də dayanıqlı turizmin inkişafına töhfə verəcək.

Fuad Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev

Nüsrət Abdullayev: “Bakı metrosunda köhnə ventilyatorları yeniləri ilə əvəz etmişik”

11
(Yenilənib 14:33 29.07.2021)
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib ki, köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi
Nüsrət Abdullayev: “Biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk”

“Bu gün Bakı metrosunda 121 ventilyator var. Onlardan 12-si yollararasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

“Son 3 ildə köhnə ventilyatorlarımızı yeniləri ilə əvəz etmişik. Əlavə olaraq Rusiyadan 23 ventilyator alınıb. Həmçinin 24 hava daşıyıcı qurğular da alınıb. Köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi. Buna baxmayaraq işlək vəziyyətdə idi. Yeni ventilayorlardan fərqli olaraq köhnələr həm güc, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda həm də tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk. Cəmi 32 saniyə lazımdır ki, bu ventilyator axından sovurmaya çevrilsin. Təzə ventilyatorların öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb”, - deyə o bildirib.

Nüsrət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Politoloq İlyas Hüseynov

Politoloq Bakı Bəyyanaməsinin önəmini şərh edir

9
(Yenilənib 01:12 29.07.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər
İlyas Hüseynov: “Azərbaycan yanında dost dövlətləri görmək istəyir”

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq Bakı Bəyannaməsi imzalanıb.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a bildirib ki,üçtərəfli Bəyannamənin imzlanması strateji münasibətləri yeni səviyyəyə qaldırır: “Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər. Bu da bizim beynəlxalq müstəvidə olan mövqelərimizi daha da gücləndirirdi. Hazırkı post münaqişə dövründə də Azərbaycan yenə də yanında dost dövlətləri görmək istəyir. Digər tərəfdən bu əməkdaşlıq müstəvisi hərbi və iqtisadi seqmentlərlə də möhkəmləndirilir. Azərbaycan Qafqazda Türkiyə və Pakistan arasında olan kilid nöqtədir. Hər üç dövlətin mövqeyi və strateji baxışı bəllidir”.

İlyas Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9
Şəhriyar Məmmədyarov

Şəhriyar Məmmədyarov Levon Aronyan yenidən eyni turnirdə oynayacaqlar

0
Yüz min ABŞ dolları mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də start götürəcək.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın aparıcı şahmatçısı planetin ən gənc qrossmeysterinin də yarışacağı, mükafat fondu yüz min dollar olan onlayn turnirdə iştirak edəcək.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yenidən Ermənistan şahmatçısı Levon Aronyanla bir lövhə arxasına əyləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, adı çəkilən şahmatçılar hazırkı dünya çempionu Maqnus Karlsenin təşəbbüsü ilə təşkil olunmuş "Champions Chess Tour"-un növbəti turniri çərçivəsində qarşılaşacaqlar.

Yüz min dollar mükafat fondu olan “Chessable Masters” turniri iyulun 31-də başlayacaq.

Son dəfə Azərbaycan və Ermənistanlı şahmatçılar Zaqrebdə (Xorvatiya) Grand Chess Tour yarışmasında klassik şahmat üzrə əyani turnir çərçivəsində qarşılaşıblar. Həmin turnirdə Məmmədyarov nəinki Aronyanı məbluğ edib, həmçinin turnirin qalibi olub.

“Chessable Masters”-in iştirakçıları

Məmmədyarov və Aronyandan başqa, turnirin digər iştirakçıları arasında Xikaru Nakamura və Uesli So, rusiyalı Vladislava Artyomyeva, tarixin ən gənc qrossmeysteri 12 yaşlı Abximanyu Mişra (ondan əvvəl dünyanın ən gənc qrossmeyster adını rusiyalı Sergey Karyakin daşıyırdı), qadınlar arasında dünya çempionu Yuy Venyun və planetin digər ən güclü şahmatçılarını da qeyd etmək olar. Ümumilikdə turnirdə 16 şahmatçı iştirak edəcək.

Azərbaycan şahmatçıları çempionlar turunda

Çempionlar turunda Şəhriyar Məmmədyarov 21 xalla 11-ci yerdədir. Öz növbəsində “Chessable Masters”-də oynamayan digər azərbaycanlı qrossmeyster Teymur Rəcəbli 133 xal toplayaraq üçüncü yeri qazanıb və seriyanın final turnirinə vəsiqə alıb.

291 xalla dünya çempionu Maqnus Karlsen liderdir, ikinci yeri isə 207 xal toplayan Uesli So tutur.

0