Tahir Cəfərov: “Məhz bu məqamlar yeni qanun layihəsində nəzərə alınmalı idi”

15
(Yenilənib 17:01 02.07.2021)
“Azalternativenerji” MMC-nin baş energetiki və AMEA-nın Fizika İnstitutunun əməkdaşı Tahir Cəfərov deyir ki, bazar münasibətləri yaranmalıdır, bazar özü rəqabət şəraitində enerjinin maya dəyərinin aşağı düşməsinə imkan verir
Tahir Cəfərov: “Bərpa olunan enerji ilə qənaətə əməl etmək mümkündür”

“Enerji resurslardan səmərəli istifadə üçün bir neçə amil var. Onlardan biri də həmin resurslardan qənaətlə istifadə edilməsidir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azalternativenerji” MMC-nin baş energetiki və AMEA-nın Fizika İnstitutunun əməkdaşı Tahir Cəfərov qeyd edib.

“Çox təəssüf ki, parlament müzakirələrinə təqdim edilən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsində bu məsələləri görmürəm. Düşünürəm ki, məhz bu məqamlar yeni qanun layihəsində nəzərə alınmalı idi. Digər tərəfdən də onu qeyd edim ki, enerjidə qənaətin ən rahat yolu islahatların keçirilməsidir. Yəni energetika sistemində islahatlar keçirilməlidir, bazar münasibətləri yaranmalıdır, bazar özü rəqabət şəraitində enerjinin maya dəyərinin aşağı düşməsinə imkan verir. Çünki bizdə bütün məhsulların maya dəyərinin bazisində enerji resursları dayanır. Praktika onu göstərir ki, bərpaolunan enerji potensialından istifadə neft-qaz ehtiyatları az olan ölkələrdə çoxdur. Ölkəmizin də kifayət qədər böyük alternativ enerji potensialı var. Enerjiyə qənaət etməyin meyarlarından biri də məhz budur. Bərpa olunan enerjidən istifadəni artırmaqla da qənaətə əməl etmək mümkündür” – deyə o bildirib.

Tahir Cəfərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”

14
(Yenilənib 16:49 25.07.2021)
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib ki, informasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb
Rəşad Məcid: “Belə xaotik vəziyyətdə kimin jurnalist olması sual altındadır”

“Media haqqında qanunlayihəsi KİV redaktorları ilə müzakirə olunub, eyni zamanda MEDİA agentliyi ilə ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə bu qanun layihəsinin müzakirəsi aparılıb”. Bunu Sputnik Azəbaycan-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib deyib.

O bildirib ki, yeni qanun layihəsinin hazırlanması labüd idi: “Ona görə ki, indi çox xaotik bir vəziyyət yaranıb. İnformasiya texnologiyalarının inkişaf etməsilə media adına iddia edən çoxlu şəxslər və qurumlar ortaya çıxıb. Belə xaotik vəziyyətdə kimin media qurumu və jurnalist olması sual altındadır. Çox güman ki, parlamentdə baxıldıqdan sonra yaxın illər üçün media haqqında qanun ən optimal variantlardan biri olacaq”.

Rəşad Məcidin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək”

20
(Yenilənib 17:01 23.07.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı
Mübariz Əhmədoğlu: “Bu məsələdə Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”

“Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Ermənistan kommunikasiyaların açılmasının əleyhinədir: “Bunu da müxtəlif formalarda təqdim edirlər. Ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı. Digər kommunikasiyaların bərpası ilə müqayisədə Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək. Mehri dəmiryolu Moskva-Tehran qatarının getdiyi marşrutdur. Yəni Rusiyanın qatarı İranın və Türkiyənin sərhəddi ilə gedirdi. Bu böyük geosiyasi üstünlükdür. Kommunkasiya məsələsində Azərbaycan tək deyil. Bu məsələlərin irəliləməsində Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

20

Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb

27
(Yenilənib 18:40 25.07.2021)
RF lideri bildirib ki, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

BAKI, 25 iyul - Sputnik. Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin zəmanətli müdafiəsi üçün lazımi hər şey var, RF istənilən düşməni tapıb ona zərbə vurmaq qabiliyyətinə malikdir. Bu sölərin müəllifi Rusiya prezidenti Vladimir Putindir.

İyulun 25-də Putin Sankt-Peterburqda Rusiya donanmasının yaradılmasının 325 illiyi şərəfinə Hərbi-dəniz paradında iştirak edib.

"Bu gün Rusiya Hərbi-Dəniz Donanmasında ölkənin, milli maraqlarımızın zəmanətli müdafiəsi üçün lazımi hər şey var. Biz istənilən sualtı, suüstü, hava düşmənini taparaq ona lazım gələrsə, sarsıdıcı zərbə endirmək qabiliyyətindəyik", - o bildirib.

Rusiya daima və uğurlu şəkildə yeni silah növlərini təkmilləşdirir, Putin əlavə edib.

"Rusiya qısa müddətdə aparıcı dəniz dövlətləri sırasında öz layiqli yerini tutdu, bu sahədə böyük inkişaf yolunu keçdi. İndiyədək dünyada analoqları olmayan ən yeni hipersəs yüksək dəqiqlikli silah sistemlərimiz daima və uğurla təkmilləşdirilir", - prezident deyib.

Onun sözlərinə görə, Rusiyanın hərbi-dəniz mövcudiyyəti praktiki olaraq Dünya okeanının bütün rayonlarında təmin edilib.

O əlavə edib ki, donanmada xidmət heç vaxt asan olmasa da, həmişə ən şərəfli və tələb olunan peşələrdən olub.

Həmçinin oxuyun:

Rusiya aviasiya sahəsində maraqlı olan bütün ölkələrlə əməkdaşlığa hazırdır - Putin

Şimal Donanması NATO Hərbi Dəniz Qüvvələrinə nə ilə cavab verəcək

27