Ombudsman: “Bu insan hüquqlarının təmin olunması baxımından əhəmiyyət kəsb edir”

18
(Yenilənib 14:31 01.07.2021)
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib ki, beynəlxalq ictimaiyyət uzun illər torpaqlarımızın işğal faktını, soydaşlarımızın başına gətirilən faciələri sadəcə seyr etməklə kifayətlənib
Səbinə Əliyeva: “Müharibə başladığı gündən fakt araşdırıcı missiyalar həyata keçirmişik”

“Müharibə başladığı ilk gündən Ombdusman təsisatı burada baş vermiş müharibə cinayətləri, mülki əhaliyə qarşı raket hücumları, tələfatlar, dini, tarixi, mədəni sosial obyektlərin tam dağıdılması haqqında fakt araşdırıcı missiyalar həyata keçirmişik”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.

Ombudsman bildirib ki, bu müddət ərzində 11 hesabat, 14 bəyanat, video müraciətlər daxil olmaqla 18 müraciət və iki xüsusi məruzəmiz hazırlanaraq müxtəlif beynəlxalq qurumlara göndərilib: “Onlar arasında beynəlxalq və regional təşkilatlar, milli insan hüquqları təsisatları, xüsusi məruzəçilərə də bu müraciətlər ünvanlanıb. Bu fəaliyyət insan hüquqlarının təmin olunması baxımından əhəmiyyət kəsb edir. Çünki beynəlxalq ictimaiyyət uzun illər torpaqlarımızın işğal faktını, tarixi, dini, mədəni, təhsil, səhiyyə və sosial obyektlərin dağıdılmasını, soydaşlarımızın başına gətirilən faciələri sadəcə seyr etməklə kifayətlənib”.

Səbinə Əliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

18
Nicat Hacızadə, iqtisadçı ekspert

Nicat Hacızadə Rusiya ilə ticarətdə atılan addımları açıqlayır

8
(Yenilənib 16:56 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyir ki, müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi
Nicat Hacızadə: “Məhdudiyyətlərin götürülməsi pomidor ixracını üstün səviyyəyə qaldırıb”

Rusiya bu ilin birinci yarısında da Azərbaycanın qeyri-neft ixracında lider mövqeyini qoruyub saxlayıb. Statistikaya görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 162 milyon 357 milyon dollarlıq qeyri-neft məhsul ixrac edilib və bu malların 30,8 faizi, yaxud 358 milyon dollarlığı Rusiyaya ixrac edilib.

Sputnik Azərbaycan REAL TV-yə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan-Rusiya ticarət dövriyyəsi barədə danışıb.

O bildirib ki, buvaxta qədər qeyri-neft sektorunda əsas hərəkət verici qüvvə meyvə-tərəvəz məhsulları olub: “Xüsusən də Rusiya ilə ticarət əlaqələrində bu pay daha çoxdur. Müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, fitosanitar və sanitar qaydalarla bağlı tələblərin müəyyən qədər dəyişməsi ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi. AQTA-nın Rusiyanın aidiyyəti qurumları ilə apardığı səmərəli danışıqların nəticəsi olaraq subyektlər üzərindən məhdudiyyətlərin götürülməsi və mütəmadi fəaliyyətə qayıdış pomidor ixracını üstün səviyyəyə qaldırıb”.

Qeyd edək ki,  Rusiya ilə Azərbaycanın ticarət əlaqələri təkcə ixracatla bitmir. 2021-ci ilin birinci yarısında Azərbaycana Rusiyadan 923 milyon dollarlıq məhsul idxal edilib ki, şimal qonşumuz bu göstərici üzrə də liderdir.

Nicat Hacızadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev

Qəhrəman Haqverdiyev Peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatından danışır

13
(Yenilənib 16:51 23.07.2021)
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyir ki, tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq
Qəhrəman Haqverdiyev: “Kütləvi vaksinasiyanın alternativi olmadığına əminlik yaranır”

Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) apardığı COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib.

Onun sözlərinə görə, bu, COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır: “Tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Respublikada epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştammlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır. Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik”.

Qəhrəman Haqverdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

13
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

14
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

14
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları