SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-Rusiya münasibətlərindəki yaxınlaşma nəyə hesablanıb? – politoloq şərhi

© Sputnik / Murad OrujovPolitoloq Əhməd Əlili
Politoloq Əhməd Əlili - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Politoloq Əhməd Əlili deyir ki, məsələlərin həlli üçün prosesin başladılması və silsilə görüşlərin keçirilməsi üçün fəaliyyət göstərirlər
Əhməd Əlili: “ABŞ Rusiyanı öz yanında görmək istəyir”

Rusiya və ABŞ-ın nüvə silahının yayılmaması və iqlim dəyişikliyi kimi sahələrdə əməkdaşlıq etmək şansı var. Bunu ABŞ prezidenti Co Bayden deyib.

Politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, ABŞ yaxınlaşan qlobal cəbhələşmədə Rusiyanı öz yanında görmək istəyir: “Son zamanlar keçirilmiş görüşlər, Rusiyaya qarşı olan xoşniyyətli jestlər bununla əlaqəlidir. Atılan bu addımlar ABŞ-Rusiya münasibətlərinin müsbət fazaya qədəm qoymasına şərait yaradır. Düzdür Vaşinqtonda elə bir inam yoxdur ki, Rusiya ilə olan məsələləri bir-iki görüşlə həll edə biləcəklər. Amma məsələlərin həlli üçün prosesin başladılması və silsilə görüşlərin keçirilməsi üçün fəaliyyət göstərirlər. Aydındır ki, ABŞ Rusiyanı tam olaraq öz yanına çəkə bilməsə də, əməkdaşlıq üçün infrasturukturun yaradılmasına çalışır”.

Əhməd Əlilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0