Sənan Şəfizadə

Sənan Şəfizadə: “Ustalıq səviyyəsi ilə yanaşı bəxt amili önəmlidir”

13
(Yenilənib 14:48 29.06.2021)
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, bu mərhələnin oyunları mənim fikrimcə, çox maraqlı davam edir
Sənan Şəfizadə: “Növbəti mərhələdə bizi maraqlı oyunlar gözləyir”

AVRO-2020-nin 1/8 final mərhələsi başa çatır. Bu gün raundun son iki oyunu keçiriləcək.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, AVRO-2020-də həyəcan yüksələn xətt üzrə artır: “Artıq oyunlarla bağlı hər hansı proqnoz vermək mümkün olmur. 1/8 final mərhələsində keçirilmiş son görüşləri azarkeşlər uzun müddət unutmayacaq. Bu mərhələdəki oyunlarda komandaların ustalıq səviyyəsi ilə yanaşı bəxt amili də önəmlidir. Bu mərhələnin oyunları mənim fikrimcə, çox maraqlı davam edir. Növbəti mərhələdə də bizi maraqlı oyunlar gözləyir. Çünki həmin mərhələdə zəif rəqib olmayacaq”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

13
İqtisadçı, professor Elnur Sadıqov

Professor: “Bitkoinin istifadəsi məqsədəuyğun deyil”

17
(Yenilənib 15:51 30.07.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, dolların siyasi alətə çevrilməsi ölkələri təzyiq altında saxlamağa şərait yaradır
Elnur Sadıqov: “Hazırda bitkoin ABŞ tərəfindən təklif edilir”

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 17,2 faiz qalxıb. Beləliklə, bitkoinin qiyməti 16 iyundan bəri ilk dəfə 40 min dolları keçib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, dünya iqtisadiyyatında davam edən gərginliklər göstərir ki, hələ də vahid ödəniş forması yoxdur: “ABŞ dolları dünya iqtisadiyyatında tətbiq ediləndə kimsə düşünməzdi ki, bu bir gün iqtisadi alətdən siyasi alətə çevriləcək. Dolların siyasi alətə çevrilməsi ölkələri təzyiq altında saxlamağa şərait yaradır. Bu baxımdan yeni maliyyə alətinin tapılmasına ehtiyac var idi. Hazırda bitkoin ABŞ tərəfindən təklif edilir. Ancaq o, dollara nisbətdə qeyri-stabil bir ödəniş vasitəsidir. Bu baxımdan hesab edirəm ki, bitkoinin istifadəsi məqsədəuyğun deyil”.

Elnur Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

17
İT məsələləri üzrə ekspert Vahid Qasımov

Azərbaycanda internet probleminin əsas səbəbi nədir? İT ekspert şərh edir

14
(Yenilənib 15:46 30.07.2021)
İT məsələləri üzrə ekspert Vahid Qasımov deyib ki, internet xidmətləri göstərən provayderlərin böyük hissəsi nazirliyin tabeliyindəki provayderlərdir
Vahid Qasımov: “İnternetə qoşulmaq üçün onlayn xidmət hələ də yaradılmayıb”

“Azərbaycanda internetin əsas problemi monopoliyadır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında İT məsələləri üzrə ekspert Vahid Qasımov deyib.

O bildirib ki, internet xidmətləri göstərən provayderlərin böyük hissəsi nazirliyin tabeliyindəki provayderlərdir: “Bu da internetlə bağlı məsələlərin inkişafını ləngidir, çünki onlar inkişafa meyilli deyillər. Hələ də internetə qoşulmaq üçün telefon kimin adınadırsa, həmin şəxs gedib ərziə yazmaq məcburiyyətindədir. İnternetə qoşulmaq üçün onlayn xidmət hələ də yaradılmayıb. Bu sahədə rəqabət mühitinin olmamasını mən başlıca problem olaraq görürəm”.

Vahid Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Azərbaycanlı güləşçi Rafiq Hüseynov Tokio-2020 Olimpiya Oyunlarında

Tokio Olimpiadası bürüncə ümidlər var

5
(Yenilənib 09:49 02.08.2021)
Azərbaycan idmançılarının hələ Olimpiya Oyunlarının bürünc medalını qazanmaq şansı var, ancaq bu o halda olacaq ki, onların uduzduqları rəqibləri finala çıxsınlar.

BAKI, 2 avqust – Sputnik. Azərbaycan güləşçiləri Rafiq Hüseynov (77 kq) və Elis Manolova (68 kq) Tokio Olimpiadasının qızıl medallarını qazanmaq imkanını əldən veriblər.

Sputnik Azərbaycan bildirir ki, qadınlar arasında keçirilən yarışda Elis Manolova nigeriyalı Blessinq Oborududuya uduzub. Yunan-Roma güləşində təmsilçimiz Rafiq Hüseynov isə startda əlavə vaxtda isveçli Aleks Kestidisə qalib gəlib, ancaq dörddəbir finalda Qırğızıstan idmançısı Akjola Mahmudova 1:9 hesabı ilə məğlub olub. Ancaq əgər Mahmudov finala çıxarsa, o zaman Hüseynovun bürünc medal uğrunda yarışmaq şansı olacaq. Manolovanın da şansı eynidir.   

26 atletimiz Oyunlarda iştirakını başa vurub

Tokiodakı Olimpiya Oyunlarında 26 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.

Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov  və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo və yüngül atlet Anna Skidan Olimpiadada uğur qazana bilməyiblər.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Həmçinin oxuyun:

5
Teqlər:
Tokio Yay Olimpiya Oyunları, bürünc medal, güləş