SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Vəziyyət ermənilərin ziyanına sürətlə dəyişir”

© Sputnik / Irade JELILMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, əgər Ermənistan qərbin sözünə qulaq asmasa, bu təşkilatlar Ermənistana qarşı mövqelərini sərtləşdirəcəklər
Mübariz Əhmədoğlu: “Qərbin məqsədi etimad yaratma tədbirlərinin gücləndirilməsidir”

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu yaxınlarda Azərbaycan tərəfinə Ağdam rayonunda minalanmış ərazilərin xəritələrini təqdim etməsi müqabilində saxlanılan ermənilərin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır. Bu barədə o Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası zamanı deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, avropalıların mövqeyinin bu cür dəyişməsi kifayət qədər ciddi irəliləyişdir: “Onlar adətən sülhməramlı təşəbbüsləri dəstəkləyirlər. Qərbin məqsədi iki ölkə arasında etimad yaratma tədbirlərinin gücləndirilməsidir. Əgər Ermənistan qərbin sözünə qulaq asmasa, bu təşkilatlar Ermənistana qarşı mövqelərini sərtləşdirəcəklər. Hazırda vəziyyət ermənilərin ziyanına sürətlə dəyişir”.

Mübariz Əhmədoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0