Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fuad Sadıqov: “Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər”

© Photo : Agrarian Insurance Fund Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov - Sputnik Azərbaycan, 1920, 19.06.2021
Abunə olmaq
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyir ki, ilkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir
Fuad Sadıqov: “Bu fermerlərə də sığorta xidmətləri göstərilə biləcək”

“Ölkəmizə idxal və ixrac olunan bütün bütün bitkilərin sığortalanması həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Atv-yə açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, artıq ətlik iri buynuzlu heyvanlar, həmçinin xırda buynuzlu heyvanların və arıçılıqla məşğul olan fermərlərə sığorta xidmətləri göstərilə biləcək: “İlkin olaraq təbiət hadisələrinin siyahısının genişləndirilməsi gözlənilir. Misal olaraq deyim ki, biz hər zaman fermerlərimizin quraqlıqdan əziyyət çəkdiyini eşidirik. Lakin elə təsrrüfatlar var ki, izafi yağıntılardan əziyyət çəkir. Bizdən bu tipli hadisələrlə bağlı təminat istəyirlər. Artıq bununla bağlı təminatları da layihəyə daxil etmişik”.

Fuad Sadıqovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0