İlham Abbasov: “Qələbədə Azərbaycanın əhəmiyyəti danılmazdır”

23
(Yenilənib 14:50 18.06.2021)
Müharibə dövrünün tanınmış tədqiqatçısı, sosioloq, fəlsəfə elmlər doktoru İlham Abbasov deyir ki, Azərbaycanlıların böyük roluna baxmayaraq, qəhrəmanlarımızın adları müharibə qəhramanları sırasında son yerlərdə çəkilir
İlham Abbasov: “Bütün bunlar tarixi fakt kimi qeyd edilməlidir”

“Azərbaycanlılar Brest qalasının müdafiəsindən tutmuş Yaponiyaya qarşı döyüşlərə qədər bütün cəbhələrdə, əhəmiyyətli əməliyyatlarda fəal iştirak ediblər”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə müharibə dövrünün tanınmış tədqiqatçısı, sosioloq, fəlsəfə elmlər doktoru İlham Abbasov deyib.

“Azərbaycanlıların böyük roluna baxmayaraq, qəhrəmanlarımızın adları müharibə qəhramanları sırasında son yerlərdə çəkilir. Hər kəsin tanıdığı partizan hərəkatının fəal üzvlərindən olmuş Mehdi Hüseynzadəni misal göstərə bilərik. Bu insanların müharibədə qazanılmış qələbədəki və faşizmlə mübarizədəki töhfələri azaldılmağa çalışılır. İkinci Dünya Müharibəsindəki qələbədə Azərbaycanın əhəmiyyəti danılmazdır. Döyüş bölgələrinə silahlar Azərbaycan üzərindən daşınırdı. Təyyarə və tanklar Bakıda yığılaraq cəbhəyə göndərilirdi. Müharibə illərində böyük töhfə verən Gəncə təyyarə məktəbi var idi. Bütün bunlar tarixi fakt kimi qeyd edilməlidir” – deyə o bildirib.

İlham Abbasovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

23
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev

Nüsrət Abdullayev: “Bakı metrosunda köhnə ventilyatorları yeniləri ilə əvəz etmişik”

12
(Yenilənib 14:33 29.07.2021)
“Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib ki, köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi
Nüsrət Abdullayev: “Biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk”

“Bu gün Bakı metrosunda 121 ventilyator var. Onlardan 12-si yollararasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

“Son 3 ildə köhnə ventilyatorlarımızı yeniləri ilə əvəz etmişik. Əlavə olaraq Rusiyadan 23 ventilyator alınıb. Həmçinin 24 hava daşıyıcı qurğular da alınıb. Köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, istismar müddəti bitmişdi. Buna baxmayaraq işlək vəziyyətdə idi. Yeni ventilayorlardan fərqli olaraq köhnələr həm güc, həm havanın buraxılış imkanı, həm də sürətinə görə geri qalır. Yeni qurğularda həm də tezlik çeviriciləri var. Yəni biz havanın stansiyalara ötürülməsini sürətlə həyata keçiririk. Cəmi 32 saniyə lazımdır ki, bu ventilyator axından sovurmaya çevrilsin. Təzə ventilyatorların öz idarəetmə şkafları var və yeni proqramlar yazılıb”, - deyə o bildirib.

Nüsrət Abdullayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Politoloq İlyas Hüseynov

Politoloq Bakı Bəyyanaməsinin önəmini şərh edir

10
(Yenilənib 01:12 29.07.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər
İlyas Hüseynov: “Azərbaycan yanında dost dövlətləri görmək istəyir”

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq Bakı Bəyannaməsi imzalanıb.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a bildirib ki,üçtərəfli Bəyannamənin imzlanması strateji münasibətləri yeni səviyyəyə qaldırır: “Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər. Bu da bizim beynəlxalq müstəvidə olan mövqelərimizi daha da gücləndirirdi. Hazırkı post münaqişə dövründə də Azərbaycan yenə də yanında dost dövlətləri görmək istəyir. Digər tərəfdən bu əməkdaşlıq müstəvisi hərbi və iqtisadi seqmentlərlə də möhkəmləndirilir. Azərbaycan Qafqazda Türkiyə və Pakistan arasında olan kilid nöqtədir. Hər üç dövlətin mövqeyi və strateji baxışı bəllidir”.

İlyas Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

0
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

0