İlqar Vəlizadə

Politoloq: “ABŞ həmsədrlik institutunu post-konflikt dövründə aktiv etmək istəyir”

195
(Yenilənib 10:08 10.06.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana verməsi ilə bağlı təkliflərlə çıxış edə bilər
İlqar Vəlizadə: “Azərbaycan tərəfi dəfələrlə deyib ki, Minsk qrupu əhəmiyyətini itirib”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycana səfərə gəlib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ Vətən müharibəsindən sonrakı proseslərdə iştirak etmir və ABŞ rəsmisinin Azərbaycana səfəri bu baxımdan diqqət çəkir: “ABŞ ATƏT-in Misk qrupunun üzvlərindən biridir və çalışır ki, həmsədrlik institutunu post-konflikt dövründə aktiv etsin. ABŞ bölgədə gedən proseslərin təhlükəsiz şəraitdə davam etməsinə səy göstərə bilər. Xüsusən də Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana verməsi ilə bağlı təkliflərlə çıxış edə bilər. Azərbaycan tərəfi dəfələrlə deyib ki, Minsk qrupu əhəmiyyətini itirib”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

195

Azərbaycanda ixracatın dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? professor danışır

313
(Yenilənib 17:43 14.06.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər
Elşad Məmmədov: “Xüsusi kredit xətlərinin açılmasına ehtiyac var”

Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qeyr-xammal ixracının dəstəklənməsi və stimullaşdırılması üçün xüsusi kredit xətlərinin açılmasına ehtiyac var: “Bütövlükdə qeyri-xammal ixracının inkişafına dəstək ola biləcək mexanizmlərin işlənməsinə nail olmalıyıq. Ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər. Bundan başqa xarici bazarların öyrənilməsi məsələsinə də diqqət ayrılmalıdır. Post-sovet məkanında iqtisadi inteqrasiya proseslərinin dərinləşməsi ilə qeyri-xammal ixracatımızın xeyli dərəcədə artırılmasına nail ola bilərik”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

313
Politoloq İlqar Vəlizadə

Politoloq: “İki ölkənin qarşıdurması dünya siyasətinə mənfi təsir göstərir”

11
(Yenilənib 17:37 14.06.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-Rusiya anlaşması ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər
İlqar Vəlizadə: “Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır”

İyunun 16-da  İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a görüş öncəsi iki ölkə arasındakı siyasi vəziyyəti şərh edib.

Politoloq bildirib ki, hazırkı şəraitdə prezidentlərin görüşü çox əhəmiyyətlidir: “Son vaxtlar Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır. Hətta deyərdim ki, bu dövr soyuq müharibə dövründən sonra ən gərgin zamandır. İki ölkənin qarşıdurması dünya siyasətinə də mənfi təsir göstərir. Tərəflər aktual məsələləri müzakirə edib ortaq məxrəcə gələ bilərlər. Bu ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11

Bugünkü futbol oyunu ilə bağlı xəbərdarlıq

0
Qonaqların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir

BAKI, 16 iyun — Sputnik. AVRO-2020 Avropa futbol çempionatının növbəti oyununun 16.06.2021-ci il tarixdə paytaxtın Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə bütün təhlükəsizlik tədbirləri müəyyən edilərək icraya yönəldilib. Bakı Olimpiya Stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi, eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir: "Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospekti ilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.

Əvvəlcədən məlumat verildiyi kimi, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri ilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.

Məlum olduğu kimi, azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin , piyadaların isə Koroğlu metrostansiyasından daşınması nəzərdə tutulur.

Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə edilməməsi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaq. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik.

AVRO-2020-nin Bakı oyunları

AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. Onlardan biri Uels – İsveçrə (saat 17:00-da) 12 iyunda təşkil olunub. 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri, 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər.

Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək mümkün olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunur. Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir.

Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fan-zonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

0