KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov

Orxan Məmmədov: “Azərbaycan - Rusiya ticarətinin 90%-ni KOB-lar təmin edir”

32
(Yenilənib 10:05 09.06.2021)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyir ki, iki ölkənin kiçik və orta sahibkarlıqla bağlı əməkdaşlığı yüksək səviyyədədir
Orxan Məmmədov: “İki ölkə arasında böyük ticarət dövriyyəsi var”

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonşu ölkənin mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında böyük ticarət dövriyyəsi var və bunun 90%-ni kiçik və orta biznes (KOB) subyektləri təmin edir.

“Biz KOBİA olaraq Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Birliyi (“Opora Rossii”), eləcə də Kiçik və Orta Sahibkarlıq Korporasiyasından olan həmkarlarla sıx əməkdaşlıq edirik, ortaq layihələrimiz mövcuddur. 2019-cu ildə Mahaçqalada (Dağıstan) biznes-forum təşkil etmişdik. Hazırda belə bir tədbirin Bakıda keçirilməsini planlaşdırırıq. Əminliklə deyə bilərəm ki, iki ölkənin kiçik və orta sahibkarlıqla bağlı əməkdaşlığı yüksək səviyyədədir”, - deyə O. Məmmədov qeyd edib.

Orxan Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

32

Azərbaycanda ixracatın dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? professor danışır

313
(Yenilənib 17:43 14.06.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər
Elşad Məmmədov: “Xüsusi kredit xətlərinin açılmasına ehtiyac var”

Azərbaycanda ixracatın dəstəklənməsi üçün yeni kreditlərin tətbiq edilməsinə ehtiyac var. Bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qeyr-xammal ixracının dəstəklənməsi və stimullaşdırılması üçün xüsusi kredit xətlərinin açılmasına ehtiyac var: “Bütövlükdə qeyri-xammal ixracının inkişafına dəstək ola biləcək mexanizmlərin işlənməsinə nail olmalıyıq. Ölkədə daxili kredit institutunun formalaşdırılması milli iqtisadiyyatın şaxələndirilmiş formada inkişafına dəstək verə bilər. Bundan başqa xarici bazarların öyrənilməsi məsələsinə də diqqət ayrılmalıdır. Post-sovet məkanında iqtisadi inteqrasiya proseslərinin dərinləşməsi ilə qeyri-xammal ixracatımızın xeyli dərəcədə artırılmasına nail ola bilərik”.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

313
Politoloq İlqar Vəlizadə

Politoloq: “İki ölkənin qarşıdurması dünya siyasətinə mənfi təsir göstərir”

11
(Yenilənib 17:37 14.06.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-Rusiya anlaşması ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər
İlqar Vəlizadə: “Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır”

İyunun 16-da  İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a görüş öncəsi iki ölkə arasındakı siyasi vəziyyəti şərh edib.

Politoloq bildirib ki, hazırkı şəraitdə prezidentlərin görüşü çox əhəmiyyətlidir: “Son vaxtlar Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır. Hətta deyərdim ki, bu dövr soyuq müharibə dövründən sonra ən gərgin zamandır. İki ölkənin qarşıdurması dünya siyasətinə də mənfi təsir göstərir. Tərəflər aktual məsələləri müzakirə edib ortaq məxrəcə gələ bilərlər. Bu ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11
Füzuli hava limanının tikintisi

Füzuli aeroportunda ilk sınaq uçuşunun keçiriləcəyi tarix açıqlanıb

0
İşğaldan azad edilmiş ərazilərdə tikiləcək hava limanlarından biri olan Füzuli aeroportunda işlər sürətlə sona yaxınlaşır.

BAKI, 16 iyun — Sputnik. Füzuli rayonunda səfərdə olan media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

"Report"un məlumatına əsasən, AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib ki, Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır:

"Yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri a rtıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir".

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır:

"İstifadə olunan avadanlıqların hamısı avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdırılması isə bu ayın sonuna planlaşdırılır. Uçuş enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq".

Füzuli beynəlxalq hava limanı

2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirib.

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verib. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutub.

Köhnə aeroportun yerində tikilən Füzuli beynəlxalq hava limanında uçuş-enmə zolağının inşası ilə bu sahədə böyük təcrübəsi olan "AzVirt" MMC məşğul olur. Hava limanının tikintisi yanvar ayında başlayıb. Plana əsasən ilin sonuna kimi uçuş-enmə zolağı, eləcə də peron istifadəyə veriləcək. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu 3 000 metr olacaq.

0